/ / Dövlət suverenliyimizin təntənəsi: 35 illik mücadilənin 23 saata həll edildiyi gün – 20 Sentyabr...
Dövlət suverenliyimizin təntənəsi: 35 illik mücadilənin 23 saata həll edildiyi gün – 20 Sentyabr...
18.09.2025 [21:58]
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən təxribatların qarşısını almaq məqsədilə Ordumuz lokal antiterror tədbirlərinə başladı.
Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Ermənistan silahlı birləşmələri tərksilah edildi. Qondarma qurum özünü buraxdığını açıqladı. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam şəkildə bərpa olundu, konstitusiya quruluşu və hakimiyyətin aliliyi təmin olundu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması qərara alındı.
Bu gün, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, amma şərəfli tarixin, 44 günlük müharibədə qazanılan zəfərin, 2023-cü ildə həyata keçirilən antiterror tədbirinin və nəticə etibarilə tam suverenliyə nail olmasının rəmzinə çevrildi.
Dövlət başçımız İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı Sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar həm hüquqi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Konstitusiya və suverenlik dövlətin varlığını, hüquqi əsaslarını və milli kimliyini ifadə edir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur. Bu gün, yalnız tarixə nəzər salmaqla kifayətlənmir, həm də gələcək nəsillərə dövlətçilik ruhunun aşılanması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm bir vəsilədir.
20 Sentyabr xalqımızın tarixinə milli iradənin, azadlıq uğrunda mübarizənin, vətənpərvərliyin və dövlətçilik ənənələrinin bərpasının rəmzi olaraq yazıldı. Dövlət suverenliyinə nail olmaq hər bir xalqın ən böyük uğuru, ən ali milli ideyasıdır.
Öz siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlət qurmaq və onu inkişaf etdirmək tarixi imtiyazdır. Suverenlik dövlətin əsas və ayrılmaz atributudur. Beynəlxalq hüquqa görə, suveren dövlət öz ərazisi, daimi əhalisi, ali hakimiyyəti və xarici əlaqələr qura bilmək imkanları ilə fərqlənir.
23 saatlıq antiterror tədbirləri nəticəsində qondarma rejimi özünü buraxdığını elan etdi və bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam bərpa olundu. Hakimiyyətin aliliyi və dövlət nəzarəti bərqərar edildi ki, bu da Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələdir. Artıq Azərbaycanın siyasi və inzibati idarəçiliyi ölkənin beynəlxalq səviyyədə tanınmış bütün sərhədlərində tam təmin olunub.
Bu, dövlətin daxili və xarici siyasətində müstəqil qərar verməsi, başqa dövlətlərin təsirindən asılı olmaması deməkdir. Azərbaycanın suverenliyi həm beynəlxalq hüquqi müstəvidə, həm də tarixi gerçəkliklərdə özünü təsdiq etdi.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması idi. 30 ildən çox müddətdə ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında saxlanıldı, etnik təmizləmə həyata keçirildi, şəhərlərimiz viran qoyuldu, tarixi-mədəni abidələrimiz dağıdıldı. Xocalı soyqırımı isə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qaldı.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı.
44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən - Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.
2023-cü ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı.
Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi.
Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.
Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu.
Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Prezident İlham Əliyevin hər il sentyabrın 20-sinin ölkəmizdə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə imzaladığı sərəncam sadalananlar fonunda hər zaman xüsusi əhəmiyyətə malik olacaqdır.
Dövlətimizin başçısı tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci ilin müstəqil Azərbaycan tarixinə regionda sülhün və əmin-amanlığın bərqərar olduğu il kimi yazıldı. Cari il bütün dünya Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş layihəsinin paraflanması ilə bölgədə sabitliyin möhkəmlənməsi və uzunmüddətli təhlükəsizliyin təmin olunması istiqamətində mühüm tarixi hadisəyə şahidlik etdi.
Beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından biri kimi Azərbaycanın təşəbbüsü ilə bölgəmizdə sülh və əmin-amanlıq bərqərar olur, yeni əməkdaşlıq imkanları yaranır.
Xüsusilə onu da qeyd edək ki, Prezident İlham Əliyev bu il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Yaşasın müstəqil, suveren Azərbaycan və onun MÜZƏFFƏR ALİ BAŞ KOMANDANI!
Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

