Güclü və zəngin ölkələr sırasında olmaq üçün gələcəyimizi cənab İlham Əliyevə etibar etməliyik!
28.09.2013 [10:56]
YAP Gəncə şəhər təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurlar davam etdirir
9 oktyabr prezident seçkiləri ilə bağlı olaraq, tədbirlər planına əsasən müəyyənləşdirilmiş yerlərdə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı təbliğat-təşviqat kampaniyasını davam etdirir. Seçicilərlə növbəti görüş H.Z.Tağıyev küçəsində 69 və 71 saylı evlərin qarşısındakı meydançada keçirilib. Görüşü YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq, Gəncədə gedən quruculuq işlərindən, o cümlədən mədəniyyət abidələrinin qədimliyi qorunub saxlanılaraq, yenidən bərpa edilməsindən, yeni-yeni parkların, mədəniyyət ocaqlarının yaradılmasından, bütün bunların gənclərin milli ruhunun yüksəlməsində müstəsna əhəmiyyət kəsb etməsindən və gələcək nəslə ən dəyərli töhfələr olmasından bəhs edib: “Hər bir xalqı onun mədəni irsinə görə tanıyır və qiymətləndirirlər. Dünyada Azərbaycan xalqının şərq irsli və özünəməxsusluğu ilə seçilən mədəniyyəti yüksək qiymətləndirilir. 2003-2013-cü illəri ölkəmizin mədəni irsinin beynəlxalq auditoriyanın diqqət mərkəzinə çatdırılması və dünya səviyyəsində qorunmasına nail olunması ilə də səciyyələndirmək olar.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan təbliğat işləri ölkəmizə aid bir çox incəsənət nümunələrinin UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi-mədəni irs üzrə Reprezentativ siyahısı”na daxil edilməsi ilə nəticələndi. 2010-cu ildə ölkəmizdə Beynəlxalq Aşıq Festivalı keçirildi. Festival bu ecazkar sənətin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi, milli mədəniyyətimizin inkişafında onun rolunun artırılmasına mühüm töhfə verdi. Azərbaycanın bu beynəlxalq təşkilatla uğurlu əməkdaşlığının nəticəsi olaraq, ölkəmiz 2010-cu ildə qurumun Qeyri-maddi-mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2010-2014-cü illər üzrə üzvü seçildi.
Milli-mənəvi dəyərlərimizin qorunub, saxlanmasında, dünya miqyasında təbliğində Heydər Əliyev Fondunun Prezidenti UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın misilsiz xidmətləri gəncəlilər tərəfindən sonsuz məhəbbət və rəğbətlə qarşılanır”.
N.Həmzəyev “Yaşasın cənab İlham Əliyevin rəhbərliyi ilə zirvələr fəth edən müstəqil Azərbaycan!”, “Eşq olsun, bizi qələbələrdən qələbələrə aparan Yeni Azərbaycan Partiyasına!” - deyə çıxışını tamamlayıb.
Sonra təbliğat-təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər təşkilatının sədr müavini Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının Şura üzvləri – GDU-nun tarix-coğrafiya fakültəsinin dekanı, professor Həsənbala Sadıqov, universitetin baş müəllimi Nərgiz Rəsulova, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev çıxış edərək bildiriblər ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə sadiq qalan cənab İlham Əliyev respublikanı dünya miqyasında şöhrət qazanan müasir dövlət səviyyəsinə qaldırdı: “Zamanın tələbini, insanların istəklərini yüksək intellekti, siyasi hazırlığı, qətiyyəti, uğurlu diplomatiyası, xalqına olan bitib-tükənməz məhəbbəti ilə cənab İlham Əliyev Azərbaycan Prezidentliyinə alternativi olmayan namizəddir. Bizim seçimimiz bəllidir: “İlhamlı sabahımıza İlhamla irəli!”.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

