Sumqayıt seçiciləri inkişafımızın davamlılığına səs verəcək
28.09.2013 [11:01]
YAP Sumqayıt şəhər təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib
9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt şəhəri üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Kampaniya çərçivəsində keçirilən növbəti görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, bu gün Azərbaycanda cənab İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur: “Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Ona bu işdə dəstək olmaq üçün hər bir azərbaycanlı 9 oktyabrda seçki məntəqələrinə gedərək İlham Əliyevin növbəti 5 ildə də ölkəmizə rəhbərlik etməsi üçün səs verməlidir”.
Milli Məclisin deputatı, respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov tədbirdə çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün uğurla davam etdirilən siyasi kursdan söhbət açıb. F.Heydərov qeyd edib ki, son illər Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişafı təmin edilib: “Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində istənilən sahədə, iqtisadi və sosial məsələlərin həllində gözəl nailiyyətlərimiz var”.
Fəttah Heydərov bildirib ki, İlham Əliyev fenomeninin çox önəmli xüsusiyyəti əzəmətli, miqyaslı düşüncə və fəaliyyətində ifadə olunur. Ötən 10 il ərzində ölkənin məlum nailiyyətləri məhz bu əzəmətin təcəssümüdür. 2003-cü ilin prezident seçkilərindən başlayaraq cənab İlham Əliyev həmişə öz proqramında əzəmətli vəzifələr irəli sürüb və sevindirici haldır ki, onların hamısı uğurla yerinə yetirilib. Əzəmətli proqramlar qəbul etmək Onun idarəçilik üsulunun tərkib hissəsi kimi də qiymətləndirilə bilər.
Çıxış edən Milli Məclisin deputatı Eldar İbrahimov bildirib ki, Azərbaycan cəmiyyətində 2013-cü ilin prezident seçkilərinə maraq çox güclüdür və növbəti Prezident seçkiləri də Azərbaycanda demokratiyanın inkişafında və beynəlxalq aləmdə nüfuzunun daha da artmasında mühüm addımlardan biri olacaqdır. Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinin tələbinə uyğun olaraq daim təkmilləşən yeni seçki texnologiyalarından istifadə edir: “Keçirilən görüşlərdəki yüksək əhval-ruhiyyə onu göstərir ki, ictimai-siyasi proseslərdə daim fəallıq göstərən vətəndaşlarımız bu seçkilərdə də yaxından iştirak edəcəklər, Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanı ilbəil, aybaay daha da qüdrətli edən, öz inkişaf tempinə və iqtisadi artımına görə dünyanın lider dövlətinə çevirən cənab İlham Əliyevə səs verəcəklər. Xalqımız cənab İlham Əliyevi yenidən Prezident seçməklə öz davamlı inkişafına, parlaq gələcəyinə, nəsillərinin xoşbəxtliyinə, hər bir vətəndaşımızın rifahına səs vermiş olacaq”.
Tədbirdə çıxış edən millət vəkili Leyla Abdullayeva qeyd edib ki, cənab İlham Əliyevin Prezident kimi 10 illik fəaliyyəti Azərbaycanı qüdrətli bir dövlətə çevirib və xalqın həyat səviyyəsi, rifah halı müqayisə olunmaz dərəcədə yaxşılaşıb. Ölkə başçımızın balanslaşdırılmış xarici siyasəti Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə yönəlib.
Daha sonra çıxış edən Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov bildiriblər ki, Sumqayıt seçiciləri hər zaman Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqdirlər və seçki günü bütün seçicilərimiz cənab İlham Əliyevə səs verəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

