Qələbə ilə qovuşan şəhərlər
23.09.2025 [14:03]
Azərbaycan tarixində 20 Sentyabr artıq xüsusi mənaya malikdir. Bu gün – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. İkinci ildir ki, bu tarix yalnız coğrafi qayıdışı deyil, eyni zamanda milli suverenliyin, dövlət iradəsinin və tarixi ədalətin təntənəsini simvollaşdırır.
2023-cü ilin 19-20 sentyabrında Azərbaycan ordusu lokal antiterror əməliyyatı keçirərək Qarabağda qalan qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirdi. Bu əməliyyatın nəticəsi olaraq, Azərbaycan Konstitusiya quruluşunu tam bərpa etdi və bölgənin nəzarətini tam şəkildə öz əlinə keçirdi. Cəmi bir gün ərzində həyata keçirilən bu qətiyyətli hərbi-siyasi addım, 30 ildən çox davam edən ədalətsizliyi sonlandırdı.
Tarixi əhəmiyyət daşıyan bu əməliyyatdan cəmi bir ay sonra – 2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfər etdi və bu şəhərlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu görüntülər hər bir azərbaycanlının qürur hissi keçirməsinə səbəb oldu. Dövlət başçısının bu addımı təkcə siyasi mesaj deyildi – bu, həm də bölgənin sülh, inkişaf və reinteqrasiya yoluna qədəm qoyduğunu bəyan edən bir dönüş nöqtəsi idi.
Azərbaycan bu bölgələrdə yeni həyatın təməlini atmağa başlayıb. Xüsusilə təhsil sahəsində atılan addımlar gələcəyə yönəlik strategiyanın bir hissəsidir. Xankəndidə Qarabağ Universitetinin yaradılması yalnız bir təhsil müəssisəsinin açılması deyil, həm də bu torpaqlarda elmin, maarifçiliyin və birgə yaşayışın inkişaf etdirilməsinə yönəlmiş ciddi siyasi mesajdır. Qarabağ Universiteti təkcə yerli əhali üçün deyil, bütövlükdə Azərbaycanın gələcəyi üçün mühüm intellektual mərkəzə çevriləcək.
2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad isə bu ərazilərin Azərbaycanın hərbi-siyasi suverenliyi altında olduğunu bütün dünyaya nümayiş etdirdi. Zəfər Gününün üçüncü ildönümünə həsr olunan parad, Vətən müharibəsində qazanılan qələbənin davamlılığını və Azərbaycan dövlətinin bölgəyə tam nəzarətini göstərən simvolik hadisə idi.
Bu gün 20 Sentyabrı qeyd etmək, sadəcə bir tarixə işarə etmək deyil. Bu, həm də unudulmuş adların yenidən Azərbaycan xalqının yaddaşına qayıtması, dağıdılmış şəhərlərin yenidən qurulması və Qarabağın sülh, birlik və inkişaf regionuna çevrilməsi deməkdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu qətiyyətli siyasət nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə nəinki xəritədəki bir nöqtə kimi, artıq Azərbaycanın canlı və inkişaf edən bir parçası kimi dirçəlir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43

