Gədəbəy rayonunun seçiciləri cənab İlham Əliyevə səs verəcəklər
28.09.2013 [11:04]
Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində 8 mindən çox rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) 9 oktyabrda keçiriləcək prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Gədəbəy rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində dünən rayonda 8 mindən çox rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib.
Mitinqdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu ötən 10 il ərzində Prezident İlham Əliyevin bütün azərbaycanlıların Prezidenti olduğunu əməli fəaliyyəti ilə sübuta yetirdiyini deyib: “Prezident İlham Əliyev dövlət başçısı olduğu 10 ildə Azərbaycanın timsalında inkişafın yeni modelini yaradıb. Prezident İlham Əliyev fəaliyyəti ilə sübut etdi ki, siyasət xalqına xidmət etmək, hər bir vətəndaşın rifahı istiqamətində addımlar atmaq deməkdir. Olduqca ciddi, əhəmiyyətli, strateji bir regionda yerləşən ölkəmiz təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən balanslı xarici siyasət nəticəsində öz stabilliyini qoruya bilib. Bu stabilliyin qorunmasında isə ən böyük xidmət Prezident İlham Əliyevə məxsusdur. Mən əminəm ki, bizim xalqımıza da, dövlətimizə də, inkişafımıza da bu sabitlik gərəkdir. Biz 9 oktyabrda bu sabitliyi, inkişafı təmin edəcək Yeni Azərbaycan Partiyasının, Azərbaycan xalqının namizədi Prezident İlham Əliyevə səs verəcəyik. İLHAMLA, İNAMLA İRƏLİ!”
Çıxış edən Milli güləş yığmasının baş məşqçisi Firdovsi Umudov son 10 ildə həyata keçirilən uğurlu siyasi kursdan danışıb. Dünyanın ən mötəbər idman yarışlarında Azərbaycan bayrağının qürurla dalğalandığını söyləyən F.Umudov bildirib ki, bu əhəmiyyətli nəticələrə Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində nail olunub. Baş məşqçi qeyd edib ki, son illərdə ölkəmizin ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsi Azərbaycanın iqtisadi, siyasi gücünün artmasından, dünyanın ölkəmizə olan xoş münasibətindən və ən əsası Azərbaycanın uğurlu təbliğindən xəbər verir: “Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafını təmin etməklə sağlam gələcəyimizi, sağlam gəncliyimizi, gələcək genefondumuzu qoruyur. Ölkə başçısının apardığı siyasət nəticəsində bu gün bölgələrimizdə Olimpiya Kompleksləri tikilib istifadəyə verilir. Bu komplekslərin hər biri dünya miqyaslı yarışlara ev sahibliyi edə biləcək təchizata malikdir. Avropanın ilk Olimpiya Oyunlarının Bakıda keçirilməsi tariximizə qızıl hərflərlə yazılacaq bir hadisədir. Mən əminəm ki, gələcək beşillikdə Prezident İlham Əliyevin səyi və uğurlu fəaliyyəti nəticəsində Azərbaycan dövləti dünyanın ən inkişaf etmiş ölkələrinin sırasında dayanacaq. Bunu təmin etmək üçünsə bütün seçicilərimiz oktyabrın 9-da seçki məntəqələrinə gəlməli, Azərbaycanın işıqlı sabahına, sağlam gələcəyinə, inkişafının davamına, bir sözlə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə səs verməlidir”.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, professor, “Şöhrət” ordenli İzzət Rüstəmov bildirib ki, Ulu öndər Heydər Əliyev siyasi məktəbini keçmiş, yüksək, müasir intellekti və qabiliyyəti ilə Azərbaycan dövlətini uğurdan-uğura daşıyan möhtərəm Prezidentimiz İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişaf prosesində dinamizmi təmin edib. Vurğulanıb ki, məhz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının xüsusi səyi və qətiyyəti nəticəsində milli iqtisadiyyatımızın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə inkişafına səbəb olub. Möhtərəm Prezidentimiz İlham Əliyev təkcə YAP-ın deyil bütövlükdə Azərbaycan xalqının namizədidir: “2004-2013-cü illəri əhatə edən dövr üzrə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkəmizin uğurlu inkişafı üçün ən vacib düstura çevrilib. Ölkədə aparılan islahatlar nəticəsində dövlət və icmal büdcə vəsaitləri makroiqtisadi sabitliyin qorunub saxlanılması ilə yanaşı iqtisadi artımın əldə olunmasında mühüm rol oynayıb. Bu inkişafın davamı üçün, İlhamla İRƏLİ!”.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Baş endokrenoloqu, Milli Məclisin üzvü YAP-ın Siyasi Şurasının üzvü Rafiq Məmmədhəsənov bildirib ki, bazar iqtisadiyyatı münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son 10 ildə milli iqtisadiyyatımız yeni keyfiyyət parametrləri ilə möhkəm təməl üzərində sürətlə inkişaf edir: “Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına düşən xərci isə 11,6 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri on dəfələrlə artıb. Bütün bunlar cənab İlham Əliyevin vətəndaşların sosial rifahının yüksəlişinə xidmət edən sosial siyasətinin uğurlu nəticələridir. Əminəm ki, qarşıdakı 5 ildə də Heydər Əliyev siyasəti Azərbaycan dövlətinə və xalqına böyük zəfərlər qazandıracaq”.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Sevinc Hüseynova təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu, hazırda Azərbaycan Respublikasının Prezidenti, YAP-nın Sədri cənab İlham Əliyevin uğurla davam etdirdiyini deyib. Millət vəkili qeyd edib ki, cənab İlham Əliyevin yürütdüyü müasir dünyanın tələblərinə uyğun, yüksək təminatlı və ən əsası vətəndaşlarımızın sosial rifahını özündə əks etdirən siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövlətinin bütün sahələrdə yüksək göstəricilərə nail olmasında müstəsna rol oynayıb: “Şübhə etmirəm ki, gədəbəylilər 9 oktyabrda da birmənalı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevə səs verəcəklər”.
Sonra tədbir tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

