/ / Səbail rayonunda Konstitusiya və Suverenlik ili, həmçinin “27 sentyabr Anım Günü” ilə əlaqədar tədbir keçirilib
Səbail rayonunda Konstitusiya və Suverenlik ili, həmçinin “27 sentyabr Anım Günü” ilə əlaqədar tədbir keçirilib
25.09.2025 [14:25]
Səbail rayonunda Konstitusiya və Suverenlik ili, həmçinin “27 sentyabr Anım Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının fəalları, Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşları, şəhid ailələri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Videoçarxın ardınca tədbirin rəsmi açılışını edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunub. ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ideyalarının bu gün uğurla davam etdirilməsi, Azərbaycanın suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev, siyasi varis olaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, müstəqil və güclü dövlət quruculuğu yolunda mühüm tarixi addımlar atmışdır. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər bu siyasətin real nəticəsi olmaqla yanaşı, ölkəmizin tam suverenliyinin bərpası deməkdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi də məhz bu ideoloji və tarixi xəttin davamı kimi dəyərləndirilmişdir.
27 sentyabr – Anım Günü hər bir azərbaycanlı üçün həm hüzn, həm də qürur günüdür. Bu gün biz qəhrəman şəhidlərimizi yad edir, onların ruhu qarşısında baş əyirik. Eyni zamanda fəxr edirik ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz torpaqlarını işğaldan azad etdi. Muxtar Nağıyev çıxışında həmçinin 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu təşəbbüs Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, müstəqillik dəyərlərinin təbliği baxımından böyük tarixi əhəmiyyət daşıyır
Tədbirdə daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cənab Ceyhun Məmmədov çıxış edib. O, öz çıxışında Vətən müharibəsində qazanılan tarixi Zəfərin milli həmrəyliyin, güclü rəhbərliyin və xalq–ordu birliyinin parlaq nümunəsi olduğunu bildirib. 27 sentyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk. Eyni zamanda xalqımızın suverenliyi və konstitusion dəyərləri uğrunda göstərdiyi fədakarlığı yüksək qiymətləndiririk, deyə Ceyhun Məmmədov qeyd edib.
Tədbirdə çıxış edən Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, tədbirin ictimai və elmi əhəmiyyətini vurğulayıb. O bildirib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və bu qəhrəmanlığın gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın borcudur. Nailə xanım çıxışında qeyd edib ki, muzeyin ekspozisiyalarında və sərgilərində milli yaddaşın qorunmasına xüsusi önəm verilir. O, həmçinin Cənab Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik ili" elan etməsini gənclər üçün tarixi və hüquqi maarifləndirmə baxımından mühüm imkanlar yaratdığını qeyd edib.
Çıxış edənlər 27 sentyabr tarixinin Azərbaycan xalqı üçün müqəddəs və qürurverici bir gün olduğunu vurğulayıb, Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd ediblər.
Tədbirdə Vətən Müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə xanım, Vətən Müharibəsi qazisi, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev, Şuşa fatehi şəhid Səid Cəfərovun bacısı Aygün Cəfərova, Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı Hüseynzadə Həmidağanın atası Bağı Hüseynov, və Vətən Müharibəsi şəhidi Fəqan Zalovun qardaşı, qazi Nicat Zalov çıxış edərək xalqımızın müstəqillik uğrunda göstərdiyi qətiyyət və həmrəylikdən, şəhidlərin qəhrəmanlığından danışıb, dövlətimizin güclü rəhbərliyi altında əldə edilən tarixi Zəfər haqqında ətraflı çıxışlar ediblər. Çıxışlarda şəhid ailələri və qazilər öz təcrübələrini, hiss və düşüncələrini bölüşərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıblar
Eyni zamanda tədbir iştirakçıları Cənab Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik ili" elan etməsinin ölkənin dövlətçilik tarixində xüsusi rol oynayan hadisələrin və hüquqi dəyərlərin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatdırılıb. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

