Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur
29.09.2025 [18:27]
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun bariz göstəricisidir. Bu səfər həm Azərbaycanın milli maraqlarının müdafiəsi, həm də qlobal çağırışlara töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. BMT Baş Assambleyası dünya dövlətlərinin liderlərinin, hökumət başçılarının və beynəlxalq təşkilat nümayəndələrinin toplaşdığı ən böyük qlobal platformadır: “Burada iştirak yalnız rəmzi xarakter daşımır, eyni zamanda dövlətlərin mövqelərinin açıqlanması, yeni əməkdaşlıqların qurulması və strateji təşəbbüslərin irəli sürülməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycanın bu mühüm beynəlxalq platformada aktiv mövqeyini göstərir. Azərbaycan artıq yalnız regional proseslərdə deyil, həm də qlobal miqyasda mühüm tərəfdaş və etibarlı dövlət kimi qəbul olunur”. Enerji sahəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, Zəngəzur dəhlizi kimi nəqliyyat layihələri isə Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təsdiqidir. Bu, Azərbaycanın yalnız enerji və nəqliyyat deyil, həm də qlobal ekoloji problemlərin həllində fəal iştirak edən, məsuliyyətli tərəfdaş olduğunu sübut edir.
Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib. “Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan da COVID-19 pandemiyası ilə mübarizədə nümunəvi dövlətlərdən oldu. Dünyanın gözləmədiyi anda belə bir xəstəliklə üz-üzə qalması bütün ölkələrin səhiyyə sisteminin yüklənməsinə gətirib çıxartdı. Lakin pandemiya elan olunduğu ilk vaxtlardan xəstəliklə mübarizədə dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, ölkə rəhbərinin tapşırığı ilə respublikamızda yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi, klinikaların açılması, lazımi tibbi təchizat və avadanlıqların vaxtında ölkəyə gətirilməsi problemi qarşıladı, ağır fəsadların yaranmasına imkan vermədi. Bununla yanaşı, Azərbaycan qlobal səyləri səfərbər edən, COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri oldu. Eyni zamanda infeksiyaya qarşı hazırlanan peyvəndin alınması üçün ilk günlərdən danışıqlara başlanıldı. Bunların nəticəsidir ki, Cənubi Qafqazda COVID-19 əleyhinə vaksinasiyaya başlayan ilk ölkə Azərbaycan oldu. Dövlət siyasətində əhalinin sağlamlığını prioritet tutan Prezident cənab İlham Əliyev pandemiya dönəmində daim vəziyyətə birbaşa nəzarət etdi, lazımi tapşırıqlarını verdi, eyni zamanda beynəlxalq tədbirlərdə peyvəndlərin bərabər və ədalətli şəkildə paylanılması məsələsinə daim toxunaraq BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürmüşdür. Azərbaycan pandemiya ilə mübarizədə 80-dan çox ölkəyə humanitar yardım etdi, bəzi ölkələrə vaksin göndərdi, eyni zamanda ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı etdi. Pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Səfər çərçivəsində Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri və hökumət nümayəndələri, nüfuzlu təşkilatların rəhbərləri ilə görüşləri diqqət mərkəzindədir. Bu görüşlər Azərbaycanın xarici siyasətində balanslı, müstəqil və milli maraqlara söykənən kursunun uğurla davam etdirildiyini göstərir. Müzakirələrin əsas mövzuları enerji təhlükəsizliyi, nəqliyyat-tranzit layihələri, qlobal iqlim dəyişmələri ilə mübarizə, regional sülh və təhlükəsizlik məsələlərini əhatə edir. Azərbaycanın təşəbbüsləri beynəlxalq aləmdə böyük maraqla qarşılanır, çünki ölkəmiz həm etibarlı tərəfdaş, həm də yeni əməkdaşlıq imkanlarının açarı kimi tanınır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

