Cəbrayıl Zəfərin başlanğıcı və Böyük Qayıdışın ünvanıdır
04.10.2025 [13:08]
Azərbaycan tarixində elə günlər vardır ki, onlar təkcə bir rayonun deyil, bütün xalqın taleyinə yazılır. Cəbrayıl şəhərinin işğaldan azad olunması və bu torpaqlarda həyatın yenidən doğması, məhz belə tarixi günlərdəndir. Bu gün Cəbrayılın adı yalnız xəritələrdə deyil, hər bir azərbaycanlının ürəyində şərəf, qürur və əbədi inam mənbəyi kimi yaşayır. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Cəbrayıl 27 il boyunca xarabalığa çevrilmişdi. Bu dövrdə rayonun 1 şəhəri, 4 qəsəbəsi və 92 kəndi işğal altında idi, minlərlə vətəndaş məcburi köçkün həyatı yaşadı. İşğal zamanı rayonun infrastrukturu dağıdıldı, tarixi abidələr viran qoyuldu, təhsil və səhiyyə sistemi iflic oldu. 362 şəhid, 191 əlil və 6 Milli Qəhrəman doğuran bu torpaq Azərbaycan xalqının qəhrəmanlıq tarixinin parlaq səhifələrindəndir. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.
2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi isə Cəbrayılda yeni dövrün başlanğıcını qoydu. Böyük Mərcanlı və Nüzgar kəndlərinin, ardınca digər kəndlərin və 4 oktyabrda Cəbrayıl şəhərinin azad olunması Azərbaycan Ordusunun şücaətini, düzgün taktika və müasir texnologiyaların birgə istifadəsini bütün dünyaya nümayiş etdirdi. Cəbrayıl uğrunda döyüşlər strateji məntiqi ilə hərbi əməliyyatların gedişatını müəyyənləşdirdi və digər rayonların azad olunmasına yol açdı. Cəbrayıl əməliyyatı yalnız hərbi nailiyyət deyildi, həm də xalqın iradəsinin, dövlətin qüdrətinin göstəricisi idi. 22 797 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Xudafərin körpüsündə dalğalanan Azərbaycan bayrağı isə yalnız bir rəmz deyil – bu, işğaldan azad edilmiş torpaqlara Azərbaycanın sahib çıxmasının simvoludur. Cəbrayılın azad olunması strateji cəhətdən də böyük əhəmiyyət kəsb etdi. Buradan Zəngilan, Qubadlı, Laçın və digər rayonlara uğurlu hərbi əməliyyatlar keçirildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə qaytarıldı. Bu torpaq döyüş meydanı olmağı ilə yanaşı, həm də millətimizin azadlıq və qürur əzmini simvolizə edir. Cəbrayılın azad olunmasından sonra başlayan yenidənqurma işləri, bərpa və quruculuq layihələri Azərbaycanın dövlətçilik gücünü nümayiş etdirir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, elektrik təchizatı, yeni yollar və sosial infrastruktur layihələri rayonun sürətlə inkişafına zəmin yaradır. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, sosial obyektlər inşa olunur, kəndlər və şəhər məntəqələri tədricən bərpa edilir. Böyük Qayıdış proqramı çərçivəsində ilk ailələr artıq öz doğma torpaqlarına qayıdır. İlk 36 ailənin Cəbrayıl şəhərinə köçürülməsi, əslində, yalnız bir köç deyil – bu, ədalətin bərpası, xalqın öz tarixi torpağı ilə yenidən qovuşmasıdır. Hər yeni ev, hər inşa olunan sosial obyekt Azərbaycan xalqının iradəsini, döyüşdən sonra yaranan gücü və gələcəyə olan inamını əks etdirir. Cənab Prezident İlham Əliyevin dəfələrlə Cəbrayıla səfərləri, açılışlarda iştirakı və təməlqoyma mərasimlərində iştirakı dövlətin bu bölgəyə verdiyi prioritetin təcəssümüdür. Onun rəhbərliyi ilə həyata keçirilən böyük layihələr göstərir ki, işğaldan azad olunmuş torpaqlarda həyat əvvəlkindən də gözəl, müasir və firavan olacaq. Dövlətin diqqəti və qayğısı, ordunun qəhrəmanlığı və xalqın iradəsi birləşərək Cəbrayılın taleyini dəyişdirib, onu yeni inkişafın, dirçəlişin və Böyük Qayıdışın rəmzinə çevirmişdir.
Cəbrayıl şəhər günü təkcə bir rayonun bayramı deyil, bütöv Azərbaycanın zəfər və qürur günüdür. Buradan boylanan sabahlar xalqımıza daha böyük nailiyyətlər, uğurlar və möhtəşəm qələbələr vəd edir. Cəbrayıl Zəfərin başlanğıcıdır, Böyük Qayıdışın ünvanıdır. Burada yazılan hər dastan, inşa edilən hər ev, açılan hər məktəb və xəstəxana Azərbaycanın gələcəyinə güvən, ordumuzun qəhrəmanlığına hörmət və xalqımızın azadlıq əzminə sonsuz inamdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56

