Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir
03.10.2013 [10:26]
Göygöl rayonunun Bəhramdağ, Səmədli və Quşqara kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Göygöl rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Bəhramdağ, Səmədli və Quşqara kəndlərində keçirilib.
YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev çıxış edərək deyib ki, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə son 10 il ərzində Onun rəhbərliyi altında ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrinə qiymət vermiş olurlar: “Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf tempinə malik olan ölkə imicini qazanıb. Eyni zamanda, Prezident İlham Əliyevin siyasəti nəticəsində əhalinin rifahı yüksəlib, xüsusilə, ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb”.
“Bütün görülən bu işlərin bundan sonra da davam etdirilməsi üçün sizi 9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməyə çağırıram” - deyə, YAP Göygöl rayon təşkilatının sədri vurğulayıb.
Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev deyib ki, Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, xalqımızın növbəti seçkilərdə də cənab İlham Əliyevə etimad göstərəcəyi şübhəsizdir”.
YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Rəşad Veysov isə öz növbəsində diqqətə çatdırıb ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tərəqqisinin zirvəsinə yüksəlib. Seçkilər ərəfəsində ictimaiyyət nümayəndələrinin böyük ruh yüksəkliyinə malik olduğu diqqətə çatdıran natiq bildirib ki, bu ruh yüksəkliyi təsadüfi deyil və xalqın cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə yüksək inamından qaynaqlanır: “Azərbaycan ictimaiyyətinin birmənalı yanaşması budur ki, ölkəmizin gələcək inkişafı bilavasitə cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ona görə də, əminliklə deyə bilərəm ki, cəmiyyət nümayəndələri birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər”.
Daha sonra çıxış edən seçicilər - Rövşən Əhmədov, Ramin Bayramov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər və Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər. Onlar 9 oktyabrda keçiriləcək seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

