Tacikistan ilə Azərbaycan arasındakı münasibət yüksələn xətlə inkişaf edir
14.10.2025 [12:21]
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
Cari ilin oktyabr ayının 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə olan iclas regional əməkdaşlığın yeni mərhələsinə təkan verən mühüm siyasi hadisə kimi yadda qalıb. Görüşdə Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri qarşısında dayanan çağırışlar, təhlükəsizlik, iqtisadi inkişaf, nəqliyyat əlaqələri və humanitar əməkdaşlıq məsələləri müzakirə olunub. İclasda Dövlətimizi təmsil edən Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları çıxışında təşkilatın fəaliyyətinə dair fundamental mövqeyini ifadə edərək regional təhlükəsizliklə bağlı mühüm mesajlar verib.
Müstəqil Dövlətlər Birliyi uzun illərdir ki, postsovet məkanında dövlətlər arasında əməkdaşlığı təmin edən əsas siyasi və iqtisadi platformalardan biri kimi fəaliyyət göstərir. Azərbaycanın bu təşkilatda iştirakı onun regional proseslərdə fəal və müstəqil siyasət yürütməsi ilə sıx bağlıdır. Dövlətimiz Müstəqil Dövlətlər Birliyinin bərabərhüquqlu üzvü kimi təşkilatın bütün formatlarında əməkdaşlığın möhkəmlənməsinə və səmərəli qarşılıqlı fəaliyyətə önəm verir.
İclasda əsas məqam MDB məkanında təhlükəsizlik və sabitliyin təmin olunması məsələsi idi. Regional sabitlik yalnız beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasət, qarşılıqlı hörmət və suverenlik prinsiplərinə sadiqlik sayəsində mümkündür. Azərbaycanın beynəlxalq arenada qazandığı təcrübə göstərir ki, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün dialoq, qarşılıqlı maraqların qorunması və praqmatik yanaşma vacib amillərdir.
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Möhtərəm Prezidentimizin çıxışında qeyd etdiyi kimi, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək keçirilən III MDB Oyunları oldu. Bu qəbildən olan tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir.
MDB Dövlət Başçıları Şurasının iclasında diqqət mərkəzində olan məsələlərdən biri də humanitar əməkdaşlığın inkişaf etdirilməsi idi. MDB çərçivəsində təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində birgə proqramların reallaşdırılması qarşılıqlı etimadın dərinləşməsinə xidmət edir.
Düşənbə sammitində Azərbaycan tərəfi iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə dair konkret baxışını da ifadə edib. MDB məkanında iqtisadi əlaqələrin liberallaşdırılması, ticarət dövriyyəsinin artırılması və yeni logistika marşrutlarının yaradılması regional sabitliyə töhfə verir.
MDB Dövlət Başçıları Şurasının iclası bir daha təsdiqlədi ki, sözügedən region bu gün də əməkdaşlıq üçün zəruri siyasi platformadır. Burada səslənən fikirlər və qəbul edilən qərarlar qarşılıqlı etimadın möhkəmlənməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı, təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın fəal mövqeyi isə bu birliyin gələcəkdə daha çevik və müasir tələblərə uyğun mexanizmlərlə işləməsinə töhfə verir. Dövlətimizin diplomatik xətti təkcə milli maraqlara deyil, həm də regional əməkdaşlığın dayanıqlı inkişafına xidmət edir.
Tacikistan Mərkəzi Asiya ölkəsi kimi hər zaman Azərbaycanla əməkdaşlıqda maraqlı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisinin göstəricisidir. Ölkə Başçımızln Tacikistanda apardığı söhbətlər bunu deməyə əsas verir ki, Azərbaycan qarşılıqlı maraqları əhatə edən əməkdaşlığın tərəfdarıdır və bütün konstruktiv təklifləri dəstəkləyir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

