MDB – çoxtərəfli əməkdaşlıq və qarşılıqlı etimadın unikal modeli
14.10.2025 [19:18]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Görüşdə siyasi dialoqun dərinləşməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və humanitar sahədə qarşılıqlı təşəbbüslərin dəstəklənməsi əsas müzakirə mövzularından biri olub. Azərbaycanın bu formatda iştirakını səciyyələndirən əsas xüsusiyyətlərdən biri ölkənin regional əməkdaşlığa töhfə verməsi, birliyin praktiki fəaliyyətinə dinamizm gətirməsidir.
İclasda Prezident İlham Əliyev Tacikistan ilə ikitərəfli əlaqələrin ardıcıl və dinamik inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Tacikistan arasındakı münasibətlər qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Bu gün Azərbaycan ilə Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin artması, nəqliyyat-logistika, enerji və mədəniyyət sahələrində ortaq layihələrin icrası regionda sabitliyin və qarşılıqlı rifahın təminatına xidmət edir. Hər iki ölkə həm də BMT, Qoşulmama Hərəkatı, İƏT və MDB kimi beynəlxalq platformalarda bir-birinin mövqelərini dəstəkləyir. Bu əməkdaşlıq regional balansın qorunmasında və çoxtərəfli diplomatiyanın güclənməsində mühüm rol oynayır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsinə verdikləri dəstəyə görə təşkilata üzv dövlətlərin rəhbərlərinə təşəkkürünü bildirib. 2024-cü ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirilib. Tədbir zamanı qonaqlar Laçının tarixi-mədəni irsi ilə yanaşı, onun müasir inkişaf modelini də yaxından gördülər. Uzun illər işğal altında qalıb tamamilə dağıdılmış şəhərin qısa müddətdə müasir infrastruktura malik, yaşamaq üçün əlverişli şəhərə çevrilməsi dövlətin yenidənqurma siyasətinin uğurlu nəticəsidir.
Laçının MDB məkanında mədəniyyət paytaxtı elan olunması həm bir şəhərin dirçəlişinin göstəricisi, həm də işğaldan azad edilmiş ərazilərin beynəlxalq mədəni əməkdaşlıq müstəvisinə qaytarılması baxımından tarixi hadisədir. Bu amillər, həmçinin Azərbaycanın mədəni diplomatiyasının regionda yaratdığı müsbət imicin daha da möhkəmlənməsinə xidmət edir.
Birliyin həyatında daha bir mühüm hadisə – III MDB Oyunları məhz Azərbaycanda, qədim Gəncə şəhərində keçirilib. Sentyabrın 28-dən oktyabrın 8-dək davam edən oyunlar XII əsrin böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin doğma şəhərində təşkil olunub. Yarışlara MDB üzvləri ilə yanaşı, qonaq qismində iştirak edən ölkələrdən də olmaqla 13 dövlətdən 1600-dən çox idmançı qatılıb. Oyunlar Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində də keçirilib. Bu idman bayramı MDB məkanında dostluğun, həmrəyliyin və mədəni inteqrasiyanın möhkəmlənməsinə xidmət edib. Eyni zamanda, Gəncənin və Azərbaycanın digər şəhərlərinin beynəlxalq idman və turizm mərkəzi kimi təqdim olunmasına mühüm töhfə verib. MDB Oyunları yalnız idman yarışı deyil, həm də xalqlar arasında mədəni körpülərin qurulmasına yönəlmiş dostluq mesajı idi.
Prezident İlham Əliyevin çıxışında humanitar əməkdaşlıq istiqamətində vurğuladığı məsələlər MDB çərçivəsində mədəni, təhsil və sosial sahələrdə inteqrasiyanın dərinləşməsinə yönəlib. Laçının mədəniyyət paytaxtı elan edilməsi və Gəncədə MDB Oyunlarının təşkili göstərdi ki, Azərbaycan birliyin humanitar platformasında aktiv rol oynayır və mədəni diplomatiyanı strateji prioritet kimi inkişaf etdirir. Bu təşəbbüslər həm xalqlar arasında dostluğun möhkəmlənməsinə, həm də regionda etimad mühitinin dərinləşməsinə şərait yaradır. MDB məkanında birgə tədbirlərin keçirilməsi müxtəlif xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun qorunmasına mühüm töhfə verir.
Düşənbədə keçirilən iclas bir daha sübut etdi ki, MDB dövlətləri arasında əməkdaşlıq qarşılıqlı maraqlar və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin çıxışında bu dəyərlərin vurğulanması Azərbaycanın birliyin fəaliyyətində oynadığı müsbət rolu və konstruktiv mövqeyini aydın şəkildə nümayiş etdirdi. Dövlətimizin təşəbbüsləri MDB-nin yalnız siyasi və iqtisadi deyil, həm də humanitar və mədəni istiqamətdə inteqrasiya potensialının artırılmasına xidmət edir. Bu faktorlar Birliyin məkanında qarşılıqlı hörmətə, etimada və inkişaf yönümlü əməkdaşlığa əsaslanan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin Düşənbə iclasındakı çıxışı MDB-nin inkişafına, onun üzv ölkələri arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edən əhatəli baxış idi. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regionda əməkdaşlığın, sabitliyin və qarşılıqlı faydalı əlaqələrin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi çıxış edir. Düşənbə görüşü MDB məkanında birlik, həmrəylik və qarşılıqlı etimadın təcəssümü olmaqla, gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edən mühüm mərhələ kimi tarixə düşüb.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

