Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Biz cənab İlham Əliyevə arxalanırıq və yalnız Ona güvənirik”

“Biz cənab İlham Əliyevə arxalanırıq və yalnız Ona güvənirik”

06.10.2013 [15:57]

Dünən Yevlaxda minlərlə rayon sakininin iştirakı ilə möhtəşəm mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən minlərlə rayon sakininin iştirakı ilə möhtəşəm mitinq-konsert keçirilib.
Tədbiri giriş sözü ilə açan, YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışıb. Millət vəkili vurğulayıb ki, cənab İlham Əliyev ötən 10 ildə Azərbaycanı dünyada ən sürətlə inkişaf edən ölkəyə çevirib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə inkişaf etdirilib
“Dünyanın heç bir ölkəsində millətini, xalqını bu qədər sevən, ona arxa çıxan bir rəhbər ola bilməz. Bu xoşbətlik yalnız bizə məxsusdur. Biz cənab İlham Əliyevə arxalanırıq və yalnız Ona güvənirik” deyən YAP Yevlax rayon təşkilatının sədri vurgulayıb ki, bu gün hər bir yevlaxlı gündən-günə gözəlləşən, abadlaşan öz doğma şəhəri ilə fəxr edir: “Qürurla demək istəyirəm ki, ümumiyyətlə, şəhərimiz son 10 il ərzində tamamilə dəyişib, müasir, gözəl bir şəhərə çevrilib. Mən inanmıram ki, dünyanın hansısa başqa bir ölkəsində 10 il ərzində bu qədər yeniliyə, tərəqqiyə nail olunsun. Bu uğur yalnız Azərbaycana və yalnız cənab İlham Əliyevə məxsusdur. Butun bunlara görə, hər bir yevlaxlı seçici bir daha öz minnətdarlığını və məhəbbətini Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə bildirmək üçün 9 oktyabrda böyük fəallıqla seçki məntəqələrinə gələcəklər. Hər bir Azərbaycan vətəndaşı kimi yevlaxlılar da cənab İlham Əliyevə səs verəcəklər”.
Çıxış edən Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib ki, bu gün Azərbaycanda baş verən böyük dəyişiklikləri, həyata keçirilən islahatları görməmək mümkün deyil: “Son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü islahatlar nəticəsində Azərbaycanda ucqar kəndlərdə fermerliklə məşğul olan vətəndaş da, sahibkar da faydalanıb. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün davamlı işlər görülüb və hazırda da görülməkdədir. Bütün bu işlər xalqımızın firavan yaşamasına, dövlətimizin gələcəyinə xidmət edir”.
O, həmçinin, qeyd edib ki, Prezident İlham Əliyev hansı postu tutmasından, hansı vəzifəni icra etməsindən asılı olmayaraq, üzərinə götürdüyü bütün işlərin öhdəsindən böyük bacarıqla gəlib. Millət vəkilinin sözlərinə görə, son 10 il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, xalqımız düzgün seçim edib: “Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı, o cümlədən, yevlaxlılar Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi dəstəkləyirlər və oktyabrın 9-da yenidən dövlət başçısına etimad göstərəcəklər”.
Səttar Mehbalıyev çıxışında ən ağrılı problemimiz olan Dağlıq Qarabağ məsələsinə də toxunub, qaçqın və məcburi köçkünlərimizə göstərilən dövlət qayğısı, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi vəzifəsi təşkil edir. Ermənistanın təcavüzkar siyasətinin nəticəsində ortaya çıxan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi üçün ölkəmiz bütün resurslarından səmərəli surətdə istifadə etməkdədir”.
Millət vəkili çıxışını “Mən sizləri 9 oktyabrda seçkilərdə iştirak etməyə və YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram” sözləri ilə tamamlayıb.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1072 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30