YAP-ın gəncləri təbliğat prosesində fəal iştirak edirlər
07.10.2013 [09:54]
Dünən gənclər 20 mindən artıq buklet və digər təbliğat materialları seçicilərə paylayıblar
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ölkənin bütün bölgələrində, şəhər, kənd və qəsəbələrində uğurla davam etməkdədir. Azərbaycanda 9 oktyabr tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də təşkil olunmuş seçki qərargahının bütün tövsiyə və tapşırıqlarını zamanında icra edir.
YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxan gənclərin seçki təbliğat kampaniyasında iştirakı ilə bağlı bildirib ki, YAP gəncləri namizədimiz cənab İlham Əliyevin təbliğat kampaniyasını bu gün iki istiqamətdə həyata keçirir. Bunlardan biri sosial şəbəkələrdə təbliğatın həyata keçirilməsi və görülən işlərin ictimaiyyətə çatdırılması, digəri isə Bakı şəhərində və regionlarda ictimai yerlərdə seçicilərə məlumatverici təbliğat materiallarının paylanılmasından ibarətdir. “Sosial şəbəkələrdə xüsusi olaraq cənab İlham Əliyevin təbliğat işini təşkil etmək məqsədi ilə yaradılan “Facebook” qruplarında, “Twitter” HAŞTAQLARINDA aktiv iştirak edən gənclərimiz Prezidentimizin 10 il ərzində həyata keçirdiyi və Azərbaycana böyük uğurlar qazandıran siyasətin təbliğini, əldə edilən nailiyyətlərin daha geniş paylaşımını təşkil edirlər. Bu gün YAP Gənclər Birliyi tərəfindən idarə edilən və birbaşa seçki təbliğatını həyata keçirən, üzvlərinin sayı birlikdə 5 yüz mindən artıq olan onlarla sosial şəbəkə qrupu və səhifəsi var. Bunların hər birində fasiləsiz paylaşımlar edilir və müzakirələr aparılır. YAP gəncləri seçicilərlə birbaşa ünsiyyətdə olmaqla da təbliğat işini həyata keçirirlər. Aktiv təbliğat kampaniyası başlanan gündən etibarən səfərbər olan gənclər öncə seçki plakatlarının yapışdırılması işini təşkil etmiş, həmçinin, açıq və qapalı yerlərdə keçirilən görüşlərin əsas iştirakçısı olmuşlar” - deyə, o qeyd edib.
Yeni Azərbaycan Partiyasında yaradılmış seçki qərargahının göstərişi ilə oktyabr ayının 1-dən təbliğatın yeni mərhələsi başlanıb. Bu mərhələdə əsasən seçicilərə birbaşa təbliğat materiallarını çatdırmaq nəzərdə tutulur. Təbliğat materiallarının paylanmasında YAP gəncləri fəal iştirak edirlər. Bu prosesdə gənclərimiz indiyə qədər yüz minlərlə seçiciyə təbliğat materialları paylayıb. 6 oktyabr tarixində keçirilən növbəti kampaniyada YAP Gənclər Birliyi Ofisinin əməkdaşları və seçki təbliğatı işinə könüllü qoşulan partiya üzvü olan gənclərdən 30 nəfəri iştirak edib. Gənclər öncədən hazırlanmış 200 ədəd, üzərinə “İlhamla irəli” yazılan köynəklər, papaqlar, partiyanın bayraqlarından ibarət təbliğat materiallarını və 20 mindən artıq bukleti seçicilərə paylayıblar.
Bundan əlavə, təbliğat materialları paylanılan seçicilərin bu prosesdə rəyi də öyrənilib. Seçicilərin böyük əksəriyyəti seçkilərdə cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildirirlər. Bu, Prezident İlham Əliyevin əsl dövlət xadimi olduğunun, xalqını, millətini, Vətənini düşünərək həssas siyasət yürütdüyünün göstəricisidir. Seçicilər cənab İlham Əliyevin gördüyü işlər sırasında həssas olan məqamları xüsusi vurğulayırlar. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin Azərbaycana qaytarılması, zabitimiz Ramil Səfərovun azadlığı haqqında cənab İlham Əliyevin verdiyi ali qərar xalqımızda cənab İlham Əliyevə qarşı böyük rəğbət hissi formalaşdıran faktlardandır.
Aksiyada iştirak edən gənclərdən YAP Gənclər Birliyi Ofisinin koordinatoru Şəfəq Əhmədova bildirib ki, vətəndaşlarımızın mütləq əksəriyyəti öz seçimini edib və onların birmənalı olaraq dəstəklədiyi namizəd cənab İlham Əliyevdir: “Onlar seçkilərdə dövlət başçımıza səs verəcəklər. Bu isə təsadüfi deyil. Çünki İlham Əliyev siyasətinin Azərbaycanı inkişafa apardığını göstərən müsbət dəyişikliklər kifayət qədərdir. Bukletlərin paylanması zamanı vətəndaşlarla ünsiyyətdə onu müşahidə etdim ki, insanlar gələcəyə inamla baxır və ölkənin, xalqın taleyini etibar edə biləcəkləri lider kimi yalnız cənab İlham Əliyevi görürlər”.
YAP Gənclər Birliyinin üzvlərindən Cavidan Heydərov isə deyib ki, bukletləri payladığı insanlar arasında çox müxtəlif yaş qruplarından olan insanlar var idi: “Lakin onları birləşdirən ümumi bir cəhət var, o da cənab İlham Əliyevə olan sevgi və dəstəkdir. Aksiya zamanı məndə ən xoş təəssürat doğuran məqamlardan biri o oldu ki, ötən 10 ildə qazanılan nailiyyətlərlə bağlı bukletdəki məlumatları oxuyan vətəndaşlar onların bir çoxunun birbaşa şahidi olduqlarını, yaxud gündəlik həyatlarında hiss etdiklərini söylədilər. Ümumilikdə, insanlarla ünsiyyətdən gəldiyim qənaət ondan ibarətdir ki, vətəndaşlarımız Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasət kursunu dəstəkləyirlər”.
Partiyamızın fəal gənclərindən olan Cavid Fərzullayev də qeyd edib ki, Prezident İlham Əliyev təkcə YAP ətrafında cəmləşən fəal gənclərimizin deyil, bütün Azərbaycan gəncliyinin alternativsiz lideridir: “Gənclər 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevin böyük üstünlüklə növbəti parlaq qələbə qazanacağına inanırlar”.
Digər fəal gənc Həbib Misirov isə deyib ki, biz gənclər “İlhamla irəli” şüarı altında vətəndaşlarımızı cənab İlham Əliyevə dəstək olmağa, ölkəmizin uğurlarının, inkişafının, xalqın rifahının davamlı olmasına səs verməyə çağırırıq: “Aksiyalara cəlb etdiyimiz insanlar da bizim səsimizə səs verirlər. Bu da ondan irəli gəlir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin keçdiyi inkişaf yolundan razıdırlar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

