Elm sahəsində dövlət siyasəti uğurla davam etdirilir
05.11.2025 [22:30]
Prezident İlham Əliyevin iştirakı ilə 3 noyabr 2025-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi keçirildi.Təbirdə dövlət başçısının iştirak etməsi onun elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir. Tədbirdə Prezident İlham Əliyev çıxış edərək ölkəmizdə elmin inkişafı, alimlərin fəaliyyəti və dövlətin elmə göstərdiyi qayğı barədə geniş fikir və tövsiyələrini bildirib. Ölkə başçısının nitqi elmi mühit üçün bir çağırış, bir istiqamətverici mesaj və eyni zamanda Azərbaycan elminin, ictimai fikrimizin yeni tarixi dövrünün strategiyasını müəyyən edən proqramdır.
Dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycan elmi son onilliklər ərzində böyük inkişaf yolu keçib. Bu inkişafda AMEA-nın xüsusi rolu vardır. Akademiya ölkəmizin elmi potensialının formalaşmasında, milli kadrların hazırlanmasında və beynəlxalq elmi əlaqələrin qurulmasında mühüm rol oynamışdır. Prezident vurğulamışdır ki, bu 80 il ərzində AMEA təkcə elmi müəssisə kimi deyil, həm də milli düşüncənin və intellektual irsin qoruyucusu kimi fəaliyyət göstərmişdir.
Çıxışında Prezident İlham Əliyev müstəqilliyimizin ilk illərinin çox ağır və faciəvi olduğunu, məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı Azərbaycanı böyük bəlalardan qurtara bildiyini qeyd etdi.Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Ulu öndər bir daha müstəqil Azərbaycanın, yəni, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Ulu öndər tərəfindəm bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinliklərimizin olmasına baxmayaraq, Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparılır. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və akademiya şəhərciyində yerləşən binaların təmir edilmiş və eyni zamanda Yeni böyük elmi kitabxana və Milli Ensiklopediya üçün bina inşa edilmişdir.Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının binaları təmiri edilmiş və avadanlıqlarla təchiz edilmişdir. 2009-cu ildə yaradılmış Elm Fondunin n əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya qəbul edilmişdir. “Elm haqqında” Qanun qəbul edilmişdir, Dövlət Proqramı qəbul edilmişdir. Bütün bunlar deməyə əsas verir ki, Ulu öndərin elmə, elm adamına diqqət və qayğı siyasəti bü gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı bir sıra strateji əhəmiyyətli məqamlara toxunub. Onlardan biri də süni intellekt sahəsi ilə bağlıdır. Dövlət başçısı qeyd edib ki, bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır. Bu fikirlər bir daha göstərir ki, Prezident İlham Əliyev elmin müasir çağırışlarını dərindən təhlil edir və ölkəmizin gələcək inkişafında innovasiyaların, texnologiyanın və rəqəmsallaşmanın rolunu xüsusi vurğulayır.
Prezident İlham Əliyev həmçinin çıxışında vurğulayıb ki, bir neçə gündən sonra tarixi Zəfərimizin beş illiyi münasibətilə hərbi parad təşkil ediləcək. Ölkə başçısının bu bəyanatı da xalqın birliyinin və dövlətin qüdrətinin rəmzidir. Beş il əvvəl, 2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradı Azərbaycan tarixində milli qürurun, Ordumuzun gücünün və xalqımızın iradəsinin təntənəsi olmuşdu. 2023-cü ildə Xankəndidə keçirilən hərbi parad isə Azərbaycanın suverenliyinin tam bərpa edildiyini dünyaya bəyan etdi.
Sonda Prezident İlham Əliyev Azərbaycan alimlərini 80 illik yubiley münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış və vurğulamışdır ki, dövlət elmin inkişafı üçün bütün zəruri dəstəyi göstərməkdə davam edəcəkdir.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

