/ / Elm və intellektə əsaslanan dövlət siyasəti ölkəmizin texnoloji tərəqqisi üçün möhkəm təməl yaradır
Elm və intellektə əsaslanan dövlət siyasəti ölkəmizin texnoloji tərəqqisi üçün möhkəm təməl yaradır
06.11.2025 [18:12]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağı həm elmi ictimaiyyət üçün, həm də bütövlükdə intellektual müstəvidə dövlət siyasətinin, elmin və təhsilin vəhdətini nümayiş etdirən mühüm hadisədir. Prezident İlham Əliyevin yubiley mərasimində çıxışı müasir dövrdə elmin dövlət idarəçiliyində və inkişaf strategiyasında oynadığı rolu bir daha ön plana çıxarmışdır. Azərbaycan alimləri bundan sonra da ölkənin davamlı tərəqqisinə, texnoloji yeniliklərin tətbiqinə və intellektual potensialın möhkəmlənməsinə mühüm töhfələr verəcəklər. Akademiya ötən dövr ərzində müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək elmin inkişafında aparıcı mövqeyini qoruyub saxlamış, milli elmi irsin formalaşmasına böyük xidmətlər göstərmişdir.
Yubiley tədbirindəki çıxışında Prezident İlham Əliyev qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Məhz Ümummilli Liderin təşəbbüsü ilə yeni elmi-tədqiqat institutları yaradılmış, elmin maddi bazası möhkəmləndirilmiş və gənc nəslin elmə marağı stimullaşdırılmışdır. Bu strateji xətt müstəqillik dövründə də ardıcıl şəkildə davam etdirilmiş, minlərlə gənc dünyanın qabaqcıl universitetlərində təhsil alaraq müstəqil Azərbaycanın inkişafına bilik və bacarıqları ilə dəstək verir.
Son onillikdə elmin inkişafına ayrılan vəsaitin iki dəfədən çox artırılması dövlətin bu sahəyə verdiyi önəmin real göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə elm sahəsində həyata keçirilən islahatlar, elmi-tədqiqat müəssisələrinin yenilənməsi, avadanlıqlarla təmin olunması, Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi və Elm Fondunun yaradılması bu istiqamətdə aparılan ardıcıl siyasətin tərkib hissəsidir. Eyni zamanda “Elm haqqında” Qanun, Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramının qəbul edilməsi elmin institusional əsaslarının möhkəmləndirilməsinə, elmi fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.
Son on il ərzində Azərbaycan yalnız iqtisadi və siyasi sahədə deyil, həm də elmi-intellektual potensial baxımından da mühüm nailiyyətlər əldə etmişdir. Dövlətimizin başçısı qeyd edib ki, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Ərazi bütövlüyünün və suverenliyin tam təmin edilməsi ilə ölkə müstəqillik tarixində yeni bir mərhələyə qədəm qoymuşdur. Artıq bütün torpaqlarda quruculuq, yenidənqurma və texnoloji inkişaf prosesləri həyata keçirilir, elmin və innovasiyaların tətbiqi bu sahələrin ayrılmaz hissəsinə çevrilir.
Prezident İlham Əliyev bildirib ki, texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Dünyada gedən qlobal dəyişikliklər, yeni iqtisadi və siyasi reallıqlar fonunda ölkələrin gücü onların texnoloji potensialı ilə ölçülür. Məhz buna görə, elmin, təhsilin və innovasiyaların sintezi müasir Azərbaycanın əsas strateji prioritetidir. Elm yalnız laboratoriyalarda deyil, həm də sənayedə, kənd təsərrüfatında, müdafiə və informasiya texnologiyaları sektorlarında tətbiq edilməlidir.
Azərbaycan bu gün elmə və biliyə əsaslanan siyasət yürüdərək müasir dövrün tələblərinə cavab verən, texnologiyaya söykənən qalib dövlət modeli formalaşdırır. Bu modeldə elm yalnız bilik mənbəyi deyil, həm də iqtisadi və təhlükəsizlik dayağı kimi çıxış edir. Elm və texnologiya birləşdikcə ölkənin inkişafı daha dayanıqlı, gələcəyə yönəlik və rəqabətqabiliyyətli olur.
Prezident İlham Əliyevin AMEA-nın yubiley mərasimindəki çıxışı elmi ictimaiyyət üçün bir çağırış, dövlət üçün isə yeni bir strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu çıxışda səslənən fikirlər müasir dövrdə elmin təkcə intellektual deyil, həm də milli gücün mühüm dayağına çevrildiyini təsdiqləyir. Elm və intellekt üzərində qurulan bu siyasət Azərbaycanın gələcək uğurlarının və texnoloji tərəqqisinin əsasını təşkil edir.
Xəbər lenti
Hamısına baxElm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54

