Prezident İlham Əliyevin 80 illik yubiley çıxışının əsas mesajları
06.11.2025 [23:42]
Cari ilin 3 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley mərasimində Prezident İlham Əliyev çıxışında elmin Azərbaycan üçün təkcə keçmişin qüruru deyil, gələcəyin dayağı olduğunu qeyd edib. Cənab Prezident, Akademiyanın 80 illik fəaliyyətini ölkənin intellektual tarixində mühüm mərhələ kimi qiymətləndirib, bu illərin təkamülünü həm elmi, həm də milli düşüncənin inkişaf xətti kimi səciyyələndirib. Prezident bildirib ki, elm hər zaman Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin və milli kimliyinin qorunmasında mühüm rol oynayıb.
Çıxışda xüsusi vurğu elmin sosial və iqtisadi roluna yönəlib. Ölkə Başçısı qeyd edib ki, artıq elmi tədqiqatlar sadəcə akademik nəticə ilə məhdudlaşmamalıdır onların gündəlik həyata, istehsalata, innovasiyalara və texnoloji proseslərə təsiri hiss olunmalıdır.
Prezident İlham Əliyev çıxışında gənc alimlərin hazırlığı məsələsinə də toxunub. O bildirib ki, Azərbaycan elminin gələcəyi üçün gənclərin elmi mühitə cəlbi prioritet məsələdir. Xaricdə təhsil proqramlarının genişləndirilməsi, beynəlxalq elmi şəbəkələrdə iştirakın artırılması və gənc tədqiqatçılara şərait yaradılması dövlətin elm siyasətinin əsas istiqamətləri kimi göstərilib. “Gənc alimlər təkcə laboratoriyada deyil, həm də cəmiyyətin problemlərinin həllində fəal olmalıdırlar,” deyə Prezident qeyd edib.
Çıxışın diqqətçəkən tərəflərindən biri də elmin etik və ictimai məsuliyyət məsələsinə həsr olunub. Cənab Prezident alimləri dürüstlük, obyektivlik və milli maraqlara sadiqlik prinsiplərinə riayət etməyə çağırıb. Qeyd edilib ki, elmi nüfuz təkcə nəşrlərin sayı ilə deyil, həmin elmin cəmiyyətə verdiyi dəyər və etibarlılıqla ölçülməlidir. “Elmi insanın vicdanı qədər təmiz olmalıdır,” bu ifadə zalda xüsusi rezonans doğurub.
Çıxışda elmin mədəni məna daşıyıcısı olması da ön plana çəkilib. Prezident Akademiyanın binalarını və institutlarını yalnız tədqiqat məkanı deyil, milli yaddaşın bir hissəsi kimi səciyyələndirib. Ölkə Başçısı, qeyd edib ki, bu divarlar arasında yetişən nəsillər ölkənin intellektual tarixini formalaşdırıb, gələcək nəsillər də bu irsi yaşatmalıdır. Elm təkcə texniki tərəqqi deyil, həm də mədəni davamlılıqdır.
Gələcəyə baxış hissəsində Prezident elmin qarşısında yeni hədəflər qoyub. Qeyd edilib ki, Azərbaycanın regionda elmi mərkəzə çevrilməli olduğunu, beynəlxalq əməkdaşlığın genişlənməsinin zəruriliyini və “elm-təhsil-sənaye” inteqrasiyasının əsas prioritetə çevrilməsini qeyd edib. “Elm yalnız bilik toplamaq deyil, həm də gələcəyi formalaşdırmaqdır,” deyə çıxışını yekunlaşdırıb.
Bu çıxışda Prezident İlham Əliyev elmin strateji, sosial və mədəni dəyərlərini bir-birinə bağlayaraq Akademiyanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib. Məqsəd yalnız ənənəni qorumaq deyil, onu yeni dövrün çağırışlarına uyğunlaşdırmaqdır. Elmin gələcəyi artıq sadəcə alimlərin deyil, bütün cəmiyyətin məsuliyyətinə çevrilib.
Türkay Rzayeva
YAP Ağcabədi rayon təşkilatının fəal gənci
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

