YAP: 33 illik şərəfli yol və dövlətçilik amalı
21.11.2025 [19:44]
Yeni Azərbaycan Partiyasının yaranmasından 33 il keçir. Bu zaman kəsiyində Azərbaycan sadəcə inkişaf etməyib, həm də tarixi zəfərlərə imza ataraq regionun mübahisəsiz liderinə çevrilib. Bu köklü dəyişikliklərin təməlində isə Ulu Öndər Heydər Əliyevin banisi olduğu siyasi məktəb, bu kursu strateji hədəflərə uyğun davam etdirən Prezident İlham Əliyevin qətiyyətli iradəsi və YAP-ın sarsılmaz təşkilati gücü dayanır.
1990-cı illərin strateji baxımdan təlatümlü, çətin dövründə yaranan YAP o vaxtlar yalnız siyasi bir təşkilatlanma deyildi - uçuruma yuvarlanan bir xalqın nicat yolu idi. Əldə bayraq tutmağın belə çətin olduğu dövrdə Heydər Əliyevin Naxçıvandan yüksələn qətiyyətli səsi Azərbaycan xalqını yeni siyasi mərhələyə, müstəqil dövlət quruculuğuna və sabitliyə aparırdı. Məhz bu tarixi missiyanı davam etdirmək üçün Yeni Azərbaycan Partiyası quruldu.
Geridə qalan 33 il göstərdi ki, YAP sadəcə ənənəvi partiya deyil, Azərbaycan dövlətçiliyinin onurğa sütunu və ideoloji mərkəzidir. Bu məktəb millətinə bağlılığın, xalqına xidmətin, hüquqa və ədalətə əsaslanan idarəçiliyin, ən əsası isə müstəqil və suveren dövlətçiliyin simvoluna çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi dövrü isə YAP-ın inkişaf tarixində yeni mərhələ açdı. Onun rəhbərliyi altında partiya təkcə siyasi güc mərkəzi kimi deyil, həm də dövlət idarəçiliyinin intellektual resursu kimi formalaşdı. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, kadr siyasəti, modernizasiya strategiyası YAP-ı qlobal çağırışlara dərhal reaksiya verə bilən çevik və dinamik bir orqanizmə çevirdi.
Bu 33 illik dövr həm də milli iftixar tarixidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, YAP-ın ideoloji xətti yalnız siyasi konsepsiya deyil - real nəticə verən milli güc modelidir. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi qətiyyəti, cəmiyyətin birliyi, ordumuzun rəşadəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Qazanılan bu Zəfər təkcə hərbi qələbə deyil, illərlə formalaşan dövlətçilik fəlsəfəsinin təntənəsidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq missiyası həmin qələbənin məntiqi davamıdır. Ağdamdan, Füzulidən Zəngilana, Şuşayadək uzanan dirçəliş prosesi, şəhər və kəndlərdə bütün infrastrukturun yenilənməsi və Böyük Qayıdışın reallaşması partiyanın siyasi məramının həyata keçdiyini sübut edir. Bu, bütöv Azərbaycanın ideoloji xəritəsinin yenidən gerçəkləşməsidir.
Yeni Azərbaycan Partiyasının ən mühüm nailiyyətlərindən biri həm də onun müasir gənclik siyasətidir. Bu gün YAP gəncliyi öz intellektual potensialı, dövlətə sarsılmaz sədaqəti, innovativ düşüncə tərzi və vətənpərvərliyi ilə seçilir. Bu siyasi məktəbin varisləri olan gənc partiya üzvləri dövlət idarəçiliyində, ictimai həyatda, eləcə də elm və texnologiya sahələrində aparıcı mövqe tuturlar.
33 illik yubiley YAP-ın özünü yeniləmək, daha güclü hədəflərə yönəlmək əzmini sərgiləyir. Bu gün partiya dövlətin modernləşmə kursunun hərəkətverici qüvvəsidir: sosial rifah siyasəti gücləndirilir, iqtisadiyyat diversifikasiya olunur, yeni təhlükəsizlik arxitekturası qurulur və Azərbaycanın qlobal nüfuzu yüksəlir.
Partiyanın gələcək vizyonu isə çox aydındır: daha qüdrətli Azərbaycan, davamlı inkişaf, müasir və çevik idarəçilik. Bu yolun başında isə ölkəmizi yeni zirvələrə daşıyan Lider - Prezident İlham Əliyev dayanır. Onun rəhbərliyi ilə YAP qarşıdakı illərdə də dövlətçilik ənənələrini möhkəmləndirəcək, ölkəmizin tərəqqisinə təkan verəcək, xalqın rifahı naminə fəaliyyətini davam etdirəcək.
33 il - YAP-ın sadəcə xronoloji yaşı deyil, onun siyasi iradəsinin miqyasıdır. Və bu iradə Azərbaycanı daim irəliyə aparacaq.
Gülbəniz Əliyeva,
YAP Fizuli küçəsi 65 üzrə ƏPT sədri (ARXKOM), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi İşlər və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50

