Kəlbəcər doğma sakinlərinə qovuşan şəhərlərimizdəndir
26.11.2025 [15:17]
Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Kəlbəcər Azərbaycanın ən qədim tarixi bölgələrindən biridir. İnzibati-coğrafi baxımdan Azərbaycanın ən böyük rayonlarından biri olan Kəlbəcər işğala qədər mədənçıxarma sənayesi, kənd təsərrüfatı, turizm, yeyinti və mineral emal sənayesi mərkəzlərindən biri kimi şöhrət qazanıb, respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin sürətli hücumu ilə Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi işğalçılardan azad edildi. Bu yüksəkliklər böyük bir coğrafi əraziyə Ordumuzun nəzarətini təmin etməklə, erməni silahlılarının bir-biri ilə əlaqəsini məhdudlaşdırdı. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.
44 günlük Vətən müharibəsində tarixi Qələbənin və qətiyyətli siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi olaraq, Ermənistanın kapitulyasiyası rəsmiləşdirilməklə Kəlbəcər bir güllə atılmadan geri qaytarıldı. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Azərbaycan humanizm prinsipindən çıxış edərək, qanunsuz məskunlaşmış ermənilərin buradan çıxmasına şərait yaratdı. Köç müddətində ermənilər rayonun təbiətinə, evlərə və mövcud infrastruktura vurduqları ziyanla bir daha barbar simalarını dünyaya nümayiş etdirdilər.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Kəlbəcər azad edildikdən sonra sürətli quruculuq işlərinə start verildi, çətin relyefə və əlverişsiz iqlim şəraitinə baxmayaraq rayon ərazisində yol-nəqliyyat, tunel və digər infrastrukturların çəkilişinə başlanıldı. 2021-ci ilin avqustun 16-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şanlı Qələbəmizdən sonra Kəlbəcər rayonuna ilk səfərləri zamanı Müzəffər Ali Baş Komandan bu torpaqda Azərbaycan bayrağını ucaltdı. Səfər çərçivəsində “AzərEnerji” ASC-nin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak etdi, “İstisu” Mineral sudoldurma zavodunda və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldu. Növbəti səfərləri zamanı yeni obyektlərin təməllərini qoyub, aparılan işlərlə maraqlanıb.
Dövlət başçısı rayona növbəti səfərlərində “Yuxarı Vəng”, “Zar”, “Toğanalı” su elektrik stansiyalarının açılışında iştirak etdi. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi həyata keçirilir. Yolun uzunluğu 82 kilometrdir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 87 faizi tamamlanıb. Yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı olmuşdur. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq.
Dövlət başçısı İlham Əliyevin Kəlbəcərə səfərləri zamanı “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq da olub. Kompleksin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək. Hazırda Kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikinti işləri aparılır. Kompleksin SPA Mərkəzinin mineral sularla müalicə, pelioidterapiya və klimatoterapiya istiqamətləri üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur.
Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışı da olub. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Zavodun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. İkinövbəli iş rejimində fəaliyyət göstərən müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir. Kəlbəcərdə təsdiq edilmiş Baş plan layihəsi çərçivəsində yaşayış binaları və fərdi evlərin tikintisi də sürətlə davam etdirilir. Kəlbəcər dogma sakinlərinə qovuşan şəhərlərimizdəndir.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43

