Çoxşaxəli tərəfdaşlıq və gələcək perspektivlər
10.12.2025 [15:03]
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında yeni-sürətli inkişaf mərhələsinin başlanğıcıdır. Bu səfər iki ölkə arasındakı münasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunu nümayiş etdirir və Azərbaycan-Slovakiya əməkdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə yönəlmiş əhəmiyyətli addım kimi qiymətləndirilir. Səfər çərçivəsində Prezident İlham Əliyev və Slovakiya Prezidenti bir sıra ikitərəfli məsələləri müzakirə edərək əməkdaşlığın perspektivlərini və gələcək imkanlarını qiymətləndiriblər.
Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiya Prezident Peter Pelleqrini ilə mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər iki ölkə arasında çoxşaxəli əməkdaşlığın gələcəyə hesablanmış strateji xarakterə malik olduğunu bir daha nümayiş etdirdi.
Mətbuata verdiyi bəyanatda dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Slovakiya artıq strateji tərəfdaşdır və bu səfər iki ölkə arasındakı əməkdaşlıq platformasını möhkəmləndirir. O, əvvəlki illərdə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd edərək, hazırda əməkdaşlığın bütün sahələrdə aktiv olaraq davam etdiyini bildirib. Prezident həmçinin siyasi-diplomatik dialoqla yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat-logistika, texnologiya və müdafiə sahələrində qarşılıqlı əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycan və Slovakiya arasında enerji sahəsində əməkdaşlıq artıq konkret nəticələr verir. Azərbaycan qazının Slovakiyaya tədarükü enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır və bu, region üçün mühüm rol oynayır. Nəqliyyat və logistika sahəsində isə Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizində mühüm tranzit ölkə kimi Slovakiya ilə yeni layihələr həyata keçirməyi planlaşdırır, bu da qarşılıqlı iqtisadi fayda ilə yanaşı, regional əməkdaşlığın inkişafına da töhfə verəcək. Texnologiya və informasiya infrastrukturu sahəsində isə Azərbaycan coğrafi mövqeyi və enerji potensialı ilə data mərkəzləri və İT layihələri üçün əlverişli mühit təmin edir, Slovakiya şirkətləri ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi perspektivləri mövcuddur. Eyni zamanda, müdafiə-sənaye sahəsində Slovak texnologiyaları və Azərbaycan investisiyaları birləşdirilərək yeni imkanların yaradılması planlaşdırılır.
Bu səfər həm də siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu, Prezident İlham Əliyevin Slovakiyaya tarixdə ilk rəsmi səfəri olub və iki ölkə arasındakı yüksək səviyyəli siyasi iradənin göstəricisi kimi qiymətləndirilir. Səfər çərçivəsində əldə olunan razılaşmalar strateji tərəfdaşlığı rəsmi institusional platformaya çevirir və gələcək layihələr üçün möhkəm zəmin yaradır. Enerji, tranzit və logistika sahələrində əməkdaşlıq yalnız ikitərəfli fayda təmin etməklə kifayətlənmir, həm də regionun enerji və nəqliyyat təhlükəsizliyi baxımından önəm daşıyır.
8 dekabr 2025-ci il tarixli Bratislava səfəri və Prezident İlham Əliyevin orada verdiyi bəyanatlar göstərir ki, Azərbaycan və Slovakiya münasibətləri artıq yalnız diplomatik protokollarla məhdudlaşmır. Onlar strateji, çoxşaxəli və gələcəyə yönəlmiş əməkdaşlıq platformasına çevrilir. Qarşıdakı dövrdə bu əməkdaşlığın iqtisadiyyat, enerji, nəqliyyat, texnologiya və müdafiə-sənaye sahələrində real nəticələr verəcəyi gözlənilir və bu, həm ölkələr, həm də region üçün geniş perspektivlər açır.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

