Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib
10.12.2025 [17:19]
Müstəqil Azərbaycan Respublikası 1991-ci ildə dövlət suverenliyini bərpa etdikdən sonra qarşısında duran ən mühüm məsələlərdən biri milli maraqlara əsaslanan, sabit, çoxşaxəli və səmərəli xarici siyasət kursunun müəyyənləşdirilməsi idi. Dövlətçilik təcrübəsinin məhdud olduğu bir dövrdə ölkənin regional və qlobal xarici siyasət xəttinin formalaşdırılması çətin, lakin strateji əhəmiyyətli vəzifə idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu sahədə konseptual yanaşmalar müəyyən edildi və Azərbaycanın xarici siyasətinin bünövrəsi qoyuldu. Bu gün həmin kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir və yeni reallıqlara uyğun şəkildə təkmilləşdirilir.
Azərbaycanın xarici siyasətinin təməlində dövlət müstəqilliyi, suverenlik, ərazi bütövlüyü və milli təhlükəsizlik kimi ali maraqlar dayanır. Bütün beynəlxalq münasibətlərdə ölkəmiz məhz bu dəyərlərin qorunmasını prioritet kimi qarşıya qoymuşdur. Bu yanaşma Azərbaycanın həm regional, həm də qlobal səviyyədə balanslaşdırılmış siyasət aparmasına imkan verir.
Azərbaycan heç bir hərbi-siyasi blokda təmsil olunmur və müstəqil qərar qəbul etmə prinsipinə sadiqdir. Bu xarici siyasət xətti ölkəyə daha geniş manevr imkanları açır və qlobal güclər arasında tarazlaşdırılmış münasibətlərin qurulmasına şərait yaradır.
Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu tarixi və geosiyasi cəhətdən həssas bir məkandır. Buna görə də regional təhlükəsizlik siyasəti Azərbaycanın diplomatik fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Otuz ilə yaxın davam edən işğal siyasəti Azərbaycanın xarici siyasətinin əsas gündəm maddəsi olmuşdur. 2020-ci il Vətən müharibəsində əldə edilən Qələbə və 2023-cü ildə suverenliyin tam bərpası ölkənin regional siyasi xəritəni dəyişdirən ən mühüm nailiyyətidir. Bu gün Azərbaycan regionda sülh, əməkdaşlıq, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması və qarşılıqlı hörmətə əsaslanan münasibətlər modelini təklif edir.
Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də enerji diplomatiyasıdır. Bu sahədə ölkəmiz həm regionun, həm də Avropanın enerji təhlükəsizliyində açar ölkələrdən birinə çevrilib.
Enerji diplomatiyası Azərbaycanı qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanıtmış, regional və beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirmişdir.
Azərbaycan xarici siyasətində prinsipial mövqelərdən biri də Qoşulmama Hərəkatına (QH) sadiqlikdir. 2019–2023-cü illərdə Azərbaycan bu təşkilata sədrliyini uğurla həyata keçirməklə beynəlxalq arenada nüfuzunu daha da gücləndirdi. Sədrliyimiz Azərbaycan diplomatiyasının qlobal miqyasda təsir imkanlarını artırdı və beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasətin real nəticələrini göstərdi.
Azərbaycanın xarici siyasətinin mərkəzi sütunlarından biri də Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş ölkələrlə münasibətlərin inkişaf etdirilməsidir. Bu əməkdaşlıq ortaq tarixə və mədəniyyətə əsaslanır, siyasi, iqtisadi və humanitar sahələri əhatə edir, Türk dünyasının qlobal sistemdə koordinasiyasını gücləndirir. Xüsusilə Azərbaycan–Türkiyə əlaqələri “bir millət, iki dövlət” şüarı əsasında strateji müttəfiqlik səviyyəsinə yüksəlib və bölgədə sabitliyin əsas təminatçılarından birinə çevrilib.
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını qarşılıqlı fayda prinsipinə əsaslandırır. Bu əlaqələr enerji, ticarət, təhlükəsizlik, humanitar layihələr, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrini əhatə edir. Bununla yanaşı, ABŞ və digər Qərb ölkələri ilə balanslı, qarşılıqlı hörmətə əsaslanan münasibətlər saxlanılır. Azərbaycan heç bir dövlətlə qarşıdurma siyasəti aparmır və yalnız bərabərhüquqlu tərəfdaşlıq modelini qəbul edir.
Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumları, multikulturalizm modelləri ölkənin yumşaq güc siyasətinin əsas elementlərindəndir. Bu istiqamətdə məqsəd sülhə və tolerantlığa töhfə vermək, mədəniyyətlərarası dialoqu genişləndirmək, Azərbaycanın sivilizasiyalararası əməkdaşlıq mərkəzi kimi rolunu gücləndirməkdir.
Bu gün Azərbaycan öz xarici siyasət prioritetlərini aydın şəkildə müəyyən etmiş, uzunmüddətli strateji hədəflərə uyğun ardıcıl və dəqiq diplomatik kurs həyata keçirir. Müstəqil qərarvermə, milli maraqların qorunması, regional liderlik, qlobal əməkdaşlıq, enerji təhlükəsizliyində açar rol, çoxvektorlu siyasət və beynəlxalq hüquqa sadiqlik – Azərbaycanın xarici siyasətinin əsas dayaq nöqtələridir.
Bu kurs həm ölkənin beynəlxalq nüfuzunu artırır, həm də milli maraqların təmin olunmasına xidmət edir. Azərbaycanın müəyyən etdiyi bu strateji xarici siyasət xətti gələcək inkişaf və təhlükəsizliyin də əsas təminatçısıdır.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

