/ / YAP Laçın rayon təşkilatında “Möhtəşəm Zəfərin müəllifi, qətiyyətli Lider!” mövzusunda tədbir keçirilib
YAP Laçın rayon təşkilatında “Möhtəşəm Zəfərin müəllifi, qətiyyətli Lider!” mövzusunda tədbir keçirilib
24.12.2025 [17:05]
Dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən “Möhtəşəm Zəfərin müəllifi, qətiyyətli Lider!” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra “Möhtəşəm Zəfərin müəllifi, qətiyyətli Lider!” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Rövşən Muradov, Bakı Mühəndislik Universitetinin prorektoru Mikayıl Zeynalov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva, şəhid Mənsur Əhmədovun atası Mamed Əhmədov, Bakı Mühəndislik Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri Şikar Qasımov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov və Vətən Müharibəsi Qəhrəmanı Fərhad Məmmədov, rayon ziyalısı Varaşil Məmmədov, rayon ağsaqqalı Fəxrəddin Paşayev və Möhübbət Həsənov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun güclü, nüfuzlu və sürətlə inkişaf edən dövlətinə çevrilib.
Bildirilib ki, Prezident İlham Əliyev iyirmi iki illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri ardıcıl şəkildə yerinə yetirib. Bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə davamlı inkişaf təmin olunub, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində əldə edilən tarixi Zəfər, eləcə də 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi birdəfəlik həll olunub.
Qeyd edilib ki, Prezident İlham Əliyev müharibədə olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, sosial obyektlər tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar “Böyük Qayıdış”ın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdaraq xoşbəxt və firavan yaşayırlar.
Natiqlər xatırladıblar ki, 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edərək Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələrlə görüşmüş, yubileyini onlarla birlikdə qeyd etmiş və “mənim ailəm sizsiniz” ifadəsi ilə hər bir məcburi köçkünə göstərilən yüksək diqqət və qayğını bir daha nümayiş etdirmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda ədəbi-bədii kompozisiya və konsert proqramı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

