Etibarlı və ciddi tərəfdaş
08.01.2026 [17:23]
Bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Dövlət başçısının verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yerinə yetirilib. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın devizinə çevrildi.Azərbaycan dünyada güclü və nüfuzlu dövlət və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır.
Dövlət başçısının bir neçə gün öncə televiziyalara müsahibəsi Azərbaycan vətəndaşları qarşısında onun liderinin növbəti hesabatı olmaqla bərabər, həm tarixi, həm bugünkü, həm də gələcəyə dair kifayət qədər ciddi məlumatlarla zəngin idi. Prezident İlham Əliyev Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın iqtisadi, siyasi, diplomatik, hərbi uğurlarından geniş bəhs edərək 2025-ci ilin də ölkəmizin tarixində mühüm hadisələrlə yadda qalacağına əminliyini ifadə etdi. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, hətta ondan əvvəl də uzun illər müharibə şəraitində yaşayıb. Müharibənin müxtəlif mərhələləri – fəal döyüşlər, atəşkəs dövrü, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı və ondan sonrakı mərhələ ötən ilin avqustunda başa çatıb. Beləliklə, Azərbaycan döyüş meydanında qazandığı parlaq Qələbəni siyasi müstəvidə də rəsmiləşdirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan–Amerika münasibətlərinin inkişafı baxımından 2025-ci il tarixi il sayıla bilər. Uzun illər ərzində Amerika–Azərbaycan əlaqələrinin inkişafına mane olan 907-ci düzəliş artıq aradan qaldırılıb. Bu qərarın əsas səbəbləri Ermənistan–Azərbaycan müharibəsinin rəsmən sona çatması və ABŞ-də Prezident Donald Tramp administrasiyasının hakimiyyətdə olmasıdır. Bu administrasiya praqmatik yanaşması və milli maraqlara əsaslanan siyasəti ilə seçilir və Azərbaycan kimi regionda mühüm nüfuza malik ölkə ilə əməkdaşlıq ABŞ üçün də əhəmiyyətlidir.
Prezident İlham Əliyev bildirib ki, Ağ Evdə keçirilən mərasimdə Prezident Donald Trampın iştirakı ilə 907-ci düzəlişə son qoyulub. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ABŞ Prezidenti tərəfindən də təsdiqlənib və bu məsələnin reallaşacağına dair Azərbaycanda heç bir şübhə yoxdur. Dövlət başçısı Ermənistanla normallaşma prosesi çərçivəsində paraflanmış sülh sazişinin və imzalanmış Birgə Bəyannamənin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Siyasətin mərkəzində isə daim Azərbaycan vətəndaşı dayanır. Son illərdə 16 min şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması sosial ədalətin və dövlət qayğısının konkret təzahürüdür. İşğaldan azad edilmiş ərazilərin bu gün beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın gücünün və nüfuzunun göstəricisidir. Artıq bu ərazilərdə 70 minə yaxın insan yaşayır, yol-nəqliyyat infrastrukturu, enerji sistemi və regional bağlantılar sürətlə inkişaf edir.
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli gələcəkdə ölkənin digər bölgələri üçün də nümunə ola bilər. Dairəvi enerji sisteminin qurulması, alternativ enerji potensialının reallaşdırılması və müasir nəqliyyat şəbəkəsinin yaradılması strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt qazandığı uğurlarla arxayınlaşmayıb.
Son beş il ərzində ordu quruculuğu ardıcıl şəkildə davam etdirilib, yenidən silahlanma prosesi aparılıb, hərbi sənaye kompleksi gücləndirilib. Artıq 7 özəl şirkətin hərbi təyinatlı məhsul istehsal etməsi və ötən il bu sahədə 1,4 milyard manatlıq istehsal Azərbaycanın müdafiə potensialının göstəricisidir. Azərbaycan heç kimin naminə öz vətəndaşlarının həyatını riskə atmaq niyyətində deyil. Bu prinsipial mövqe ölkəmizin beynəlxalq aləmdə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunmasını təmin edir. Bütün bunlar isə Azərbaycanı regionda və qlobal səviyyədə daha aktiv və strateji oyunçu kimi göstərir.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56

