Bayraq xalqın şərəfidir
08.11.2013 [09:13]
Xalqların ən müqəddəs rəmzlərindən biri olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Belə ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılmaqdadır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mübarizəsinin, təfəkkür və düşüncəsinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır. Belə bayraqlardan biri Azərbaycan bayrağıdır. Bu bayrağın nə az, nə də çox düz 95 yaşı var. Bayraq sadə səbəblərlə seçilmir. Seçilən işarələr, rənglər çox önəmlidir və hər birinin mənası var. Bizim bayrağımızdakı rənglər də xüsusi mənası ilə seçilir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə işıq üzü görmüş və aid olduğu xalqın şərəfinə çevrilmişdir. Düzdür ondan sonrakı 70 il ərzində bu bayrağı bizim əlimizdən almağa çalışdılar və bizim müstəqilliyimizə qəsd etdilər. Lakin Azərbaycan xalqı belə sınaqlardan hər zaman üzüağ çıxmışdır.
Qeyd edək ki, Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra və Sovet hakimiyyəti qurulduqdan etibarən bu bayraqdan imtina edilib. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Hər kəsə məlumdur ki, dövlət müstəqilliyimiz elan olunmamışdan əvvəl, Sovet hakimiyyətinin hələ mövcud olduğu dövrdə Ulu öndərimiz Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı. 1990-cı il iyulun 22-də Ümummilli lider Heydər Əliyevin gördüyü böyük işlər milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin, Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə gedən proseslərə güclü təkan verdi. Respublikamız müstəqilliyini qazandıqdan sonra “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul olundu. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.
İndi Azərbaycanın dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində, o cümlədən beynəlxalq təşkilatlarda ucalır, mühüm tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amillərdir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri Dövlət Bayrağı Gününün təsis edilməsidir. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər yerinə yetiriblər. Qeyd edək ki, Meydanda inşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırıb, onun ümumi görünüşünə əlavə çalarlar qatıb. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib.
“Azərbaycan bayrağı millətin, dövlətin suverenliyini göstərir”
Bayrağımızın ikinci dəfə dalğalandırılmasından bu yana kifayət qədər zaman keçdi. Bu zaman ərzində Azərbaycanın yeni nəsli, daha doğrusu müstəqillik dövrünün nəsli yetişməyə başladı. Onlar, ilk növbədə, Azərbaycan bayrağının, yəni bayrağın nə üçün mövcud olduğunu öyrənməyə başladılar. Bu da, həmçinin, çox önəmli idi. Azərbaycan bayrağı millətin, dövlətin suverenliyini göstərir. O, Azərbaycan dövlətinin heç bir dövlətdən və ya qurumdan asılı olmadığını bəyan edir. Yeni nəsil vətənimizi dövlətimizi bu bayrağın timsalında öyrənməyə, sevməyə başladı. Onlar öyrəndilər ki, dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycan xalqı da bu müqəddəs borcu, öz üzərinə məsuliyyətini dərk edərək götürdü.
Bayrağı sevmək hər vətənsevərin ən ali vəzifəsidir. Çünki qeyd etdiyimiz kimi, bu, böyük məsuliyyət tələb edir. Hətta Azərbaycan əsgəri vətənin suverenliyinin və ərazi bütövlüyümüzün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən Dövlət bayrağına and içir. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında, Azərbaycan Respublikasının Qanununda da onun önəmi qeyd edilir.
Bütün dünya insanları Azərbaycanı, ilk növbədə, bayrağından tanıyır. Əlbəttə ki, bir çox xarici vətəndaşlar bayrağımızda olan rənglərin nə məna kəsb etdiyini bilmək istəyir. Ən azından bu haqda kiçik də olsa bir istək yaranır. 1918-ci ildə bayrağımızın rənglərini seçərkən mütəfəkkirlərimiz çox dəqiqliklə düşünmüş və nəticə olaraq göy rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Daha sonra qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. Yaşıl rəng isə - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir.
Sonda qeyd edək ki, Azərbaycan xalqı daima öz müstəqilliyinə sadiq qalacaqdır. Öz bayrağını ucaldacaq və bir daha da enməyə imkan verməyəcəkdir. Həm mənəvi, həm də fiziki olaraq. Çünki bu Azərbaycan xalqının taleyidir. Ümummilli lider Heydər Əliyevin xalqın başına gələn böyük müsibətlərin qarşısını alaraq onu parçalanmadan qoruyaraq Öz vədini yerinə yetirdiyi kimi, xalq da öz mənəvi borcunu yerinə yetirəcək və zəfər rəmzimiz olan üçrəngli bayrağımızı Qarabağda dalğalandıraraq tarixdə bir daha böyük və qarşısıalınmaz bir qüvvə olduğunu daim sübut edəcəkdir!
Bəxtiyar Nəbiyev,
YAP Yasamal rayon
Gənclər Birliyinin sədri
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27

