Samux gənclərinin “2 Fevral- Azərbaycan Gəncləri Günü” münasibəti ilə forumu keçirilib
02.02.2026 [14:07]
02 fevral 2026-cı il tarixdə Samux rayonu Heydər Əliyev Mərkəzində Samux Rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “2 Fevral Azərbaycan Gəncləri Günü” münasibəti ilə rayonun ictimai-siyasi və sosial həyatında fəal iştirak edən gənclərin iştirakı ilə Samux gənclərinin forumu keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, təşkilat və müəssisələrində çalışan gənc əməkdaşlar, rayonun ictimai-siyasi və sosial həyatında fəal iştirak edən könüllü gənclər iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibəti ilə videoçarxa baxılıb.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbir iştirakçılarını “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbrik edib, bildirib ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra başçısı bildirib ki, bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb.
Sonra çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, ümummilli liderin əsasını qoyduğu siyasət bu gün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları həyata keçirilir. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur və özlərini doğruldurlar. O qeyd edib ki, 44 günlük müharibədə də qələbəmizi təmin edən gənc nəsil ən yüksək vətənpərvərlik hisslərinə malikdir.
Daha sonra çıxış edən natiqlər gəncləri bayram münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Yekunda Samux rayonun ictimai-siyasi fəaliyyətində fəal iştirak edən gənclər Samux Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və təşəkkürnamələri ilə təltif olunublar.
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

