/ / “Zayed İnsan Qardaşlığı Mükafatı” regionda sülhün bərqərar olmasına verilən beynəlxalq qiymətdir
“Zayed İnsan Qardaşlığı Mükafatı” regionda sülhün bərqərar olmasına verilən beynəlxalq qiymətdir
06.02.2026 [21:15]
Azərbaycanın beynəlxalq səhnədə mövqeyi son illərdə əhəmiyyətli dərəcədə güclənib. Cənab Prezident İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə səfəri və burada Şeyx Zayed Fondu tərəfindən təsis edilmiş “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması ölkənin regional və qlobal səviyyədə rolunu daha da artırır. Yeri gəlmişkən, qeyd edək ki, 2019-cu ildən təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”, bəşəriyyət arasında sülh və əməkdaşlığın inkişafına töhfə verən şəxslərə verilir. Bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib. Mükafatçıları müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilən bu mükafat Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verilən qiymətin təzahürüdür. Əvvəlki laureatlar arasında BMT Baş katibi Antonio Guterres və Roma Papası Francis kimi tanınmış simalar var. Qeyd edək ki, Azərbaycan Prezidenti bu mükafata regionda sülhün formalaşmasına və qlobal təşəbbüslərin müəllifi olmasına görə layiq görülüb. Mərasimin əsas məqsədi insan qardaşlığı, sülh, tolerantlıq, qarşılıqlı hörmət və mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verən şəxslərin və təşkilatların fəaliyyətini qiymətləndirməkdir. Mükafat bu sahədə göstərilən nümunəvi təşəbbüslərə beynəlxalq səviyyədə diqqət çəkmək məqsədi daşıyır. Tədbir zamanı çıxış edən rəsmi şəxslər müasir dünyada dinlər və mədəniyyətlər arasında anlaşmanın vacibliyini vurğulayıb, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın bu istiqamətdə mühüm platforma rolunu oynadığını bildiriblər. Qeyd olunub ki, mükafatın təqdim edilməsi insan hüquqlarının qorunması, sülhün möhkəmləndirilməsi və cəmiyyətlər arasında etimadın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Mərasim çərçivəsində insan qardaşlığının inkişafına, humanitar dəyərlərin təşviqinə və sosial həmrəyliyin gücləndirilməsinə töhfə verən laureatlar mükafatlandırılıb. Onların fəaliyyəti dünya miqyasında müsbət dəyişikliklərə ilham verən nümunə kimi dəyərləndirilib.
Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan razılaşma, regionda stabillik və əməkdaşlıq üçün yeni mərhələ açmışdır. Cənab Prezident İlham Əliyevin mükafata layiq görülməsi, onun uzaqgörən diplomatiyasının, regional sülh və əməkdaşlıq təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Cənab Prezident İlham Əliyevin diplomatik uzaqgörənliyi və liderlik bacarığı ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gücləndirib, ölkəyə qarşı olan etibarı daha da artırıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu siyasət regionda sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bunun nəticəsi olaraq son illərdə xarici ölkələrlə əlaqələrimiz genişlənmiş, bu isə Azərbaycanın iqtisadiyyatına öz töhfəsini vermişdir. Dövlətimizin ən yaxın müttəfiqlərindən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Bir çox ortaq dəyərlərin birləşdirdiyi bu iki ölkə arasında tarixi köklərə və mənəvi dəyərlərə əsaslanan sağlam münasibətlər formalaşıb. Bu münasibətlər qarşılıqlı hörmət və çoxtərəfli əməkdaşlığa əsaslanır. Azərbaycanın sülh gündəliyinə də öz töhfəsini vermiş Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı səfərlər və müxtəlif səviyyəli mütəmadi görüşlər əlaqələrin strateji xarakter daşıdığını göstərir. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda da bir-birinə davamlı dəstək nümayiş etdirir.
İki ölkə başçısı arasında yüksək səviyyəli şəxsi münasibətlər də qarşılıqlı əməkdaşlığa öz töhfəsini verir və həm siyasi, həm də iqtisadi baxımdan sağlam təməllər üzərində yüksələn münasibətlər formalaşır. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyədə münasibətlər, fəal təmaslar, beynəlxalq platformalarda əməkdaşlıq ölkələr arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə möhkəm zəmin yaradır. Əməkdaşlıq, enerji və müdafiə layihələri ilə ölkəmiz yalnız regionda etibarlı tərəfdaş kimi çıxış etmir, həm də qlobal geoiqtisadi və geosiyasi oyunçular üçün vacib bir mərkəzə çevrilir. Beləliklə, ölkəmiz Yaxın Şərq və Körfəz ölkələri ilə əməkdaşlıq fonunda həm enerji, həm hərbi, həm də diplomatik sahələrdə yeni balans yaradır, regional stabilliyin təminatında və beynəlxalq aləmdə strateji əhəmiyyətinin möhkəmlənməsində əsas rol oynayır. Bütün bunlar onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycanın xarici siyasətinin çoxşaxəli və balanslaşdırılmış xarakterini bir daha nümayiş etdirir. Nəticə etibarilə, səfər Azərbaycan–BƏƏ əlaqələrinin yeni mərhələyə yüksəlməsinə zəmin yaratmış, qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlığın gələcək illərdə daha da dərinləşəcəyinə dair möhkəm əsaslar formalaşdırıb.
Elşən Əzizov
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

