“Region gənclərinin ictimai siyasi aktivliyinin artırılması”
29.11.2013 [09:16]
YAP Gənclər Birliyinin ofisində bu mövzuda gənclər üçün təlim keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində “Region gənclərinin ictimai siyasi aktivliyinin artırılması” mövzusunda təlim keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə region gənclərinin sosial aktivliyinin və siyasi biliklərinin artırılması məqsədi daşıyan layihənin müəllifi “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyidir. Tədbirə təşkilati dəstəyi isə YAP Gənclər Birliyi verib.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatı Gənclər Birliiynin sədri Amil Cavadov layihənin əhəmiyyətindən danışıb. Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini deyən A.Cavadov bildirib ki, ölkəmizdə gənclərin inkişafı üçün dövlət bütün imkanları yaradır. Onun sözlərinə görə, bu istiqamətdə Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. A.Cavadov deyib ki, hazırda ölkəmizdə xeyli sayda gənclər təşkilatları fəaliyyət göstərir. Gənclər Fondunun yaradılması da gənclər təşkilatlarının işinin stimullaşdırılması baxımından əhəmiyyət kəsb edir.
“Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin sədri Şəmsi Bayramzadə çıxışında bildirib ki, bu layihəyə artıq keçən aydan start verilib. Onun sözlərinə görə, layihə çərçivəsində bir neçə regionun gəncləri ilə görüşlər və seminarlar keçirilib, iştirakçılara sosial aktivlik və siyasi fəaliyyətlə bağlı ətraflı bilgilər verilib. Layihədə yüzlərlə gənc iştirak etməklə, region gənclərinin sosial aktivliyinin artırılması üçün lazımlı məlumatları qazanmaqla bərabər, müxtəlif ekspertlərlə görüşüb və təcrübələrindən faydalanıb.
YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxan isə çıxışında bildirib ki, Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər. Onun sözlərinə görə, yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub: “Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir”.
S.Balaxan qeyd edib ki, bu gün Azərbaycan dövləti öz imkanlarını genişləndirdikcə, bütün sahələrdə dünya birliyi ilə ayaqlaşmağa çalışdıqca, gənclərin də müasir zamana müvafiq inkişafı vacib məsələyə çevrilir: “Dövlətimiz bununla bağlı bir çox layihələr reallaşdırıb, minlərlə gəncin xaricdə təhsil alması, savadlı kadr kimi formalaşması üçün lazımi addımları atıb. Fikrimcə, gəncliyimizin inkişafı istiqamətində dövlət səviyyəsində aparılan siyasət yeni mərhələdə də uğurla davam edəcək”.
Qeyd edək ki, layihə çərçivəsində “ictimai fəallıq nədir?”, “bir gəncin siyasi karyerası necə olmalıdır?”, “regionum üçün nə edə bilərəm?”, “liderlik” və digər mövzularda seminarlar və görüşlər keçirilib. Layihə çərçivəsində gənclərin siyasi biliklərinin artırılması üçün də lazımlı bilik və təcrübələr bölüşülüb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

