/ / Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Oğuz rayonunda silsilə tədbirlər keçirilir
Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Oğuz rayonunda silsilə tədbirlər keçirilir
06.12.2013 [09:09]
Ölkənin hər yerində olduğu kimi, Oğuz rayonunda da Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Belə ki, Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbirlər planına uyğun olaraq növbəti yığıncaq dekabrın 4-də keçirilib.
YAP Oğuz rayon təşkilatının Qumlaq və Xalxal kənd ərazi ilk partiya təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağın iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edən Qumlaq kənd ərazi ilk partiya təşkilatının sədr müavini Qüdrət İsrəfilov Ulu öndərin mənalı həyatı və zəngin ictimai-siyasi fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi yarandıqda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tezliklə Azərbaycanda ordu quruculuğu, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və digər sahələrdə islahatların həyata keçirilməsinə başlanılıb, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanıb.
Məruzə ətrafında çıxış edən Qumlaq kənd kitabxanasının müdiri Ruziyyə Ağababayeva, Xalxal kənd İcra nümayəndəsinin müavini Ramin Dadaşov, gənclərdən Aygün Səmədova Ulu öndərin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən bəhs ediblər.
Yığıncaqda çıxış edən YAP Oğuz rayon təşkilatının Aparat rəhbəri Alməmməd Babayev Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində, müasir Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında xidmətlərindən danışıb. Natiq ölkəmizin beynəlxalq aləmdə tanınmasında, respublikamızın ictimai, siyasi, mədəni, iqtisadi sahədə uğurlarının təməlində məhz Ümummilli liderin uzaqgörən siyasətinin dayandığını vurğulayıb: “Ulu öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətəninə və xalqına sonsuz məhəbbət və sədaqət hissi, qurub yaratmaq amalı ilə yaşayıb, hər zaman milli ideyalara bağlı olub”.
Azərbaycan Respublikasının bu gününün və gələcəyinin etibarlı əllərdə olmasından məmnunluğunu ifadə edən natiq məzarı ümumxalq ziyarətgahına çevrilmiş Ümummilli liderimizin əziz xatirəsinin xalqımızın, o cümlədən oğuzluların qəlbində əbədi yaşayacağını bildirib.
Alməmməd Babayev sonda onu da qeyd edib ki, görkəmli dövlət xadiminin əsasını qoyduğu uzaqgörən siyasətin bu gün Onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz regionda lider dövlətə çevrilib.
NADİR
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24

