/ / Ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Gədəbəy rayonunda anım mərasimi keçirilib
Ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Gədəbəy rayonunda anım mərasimi keçirilib
14.12.2013 [10:19]
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Gədəbəy rayonunda anım mərasimi keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə keçirilən ümumrayon toplantısının iştirakçıları öncə Heydər Əliyev adına parkda ucaldılmış Ulu öndərin abidəsini ziyarət edərək, Onun əziz xatirəsini yad ediblər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqda geniş məlumat verib. İH başçısı bildirib ki, Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində Onun zəngin təcrübəsi, yüksək idarəetmə məharəti, milli mədəniyyətimizə dərindən bələd olması sayəsində respublikamızda bütün maneələr və çətinliklər asanlıqla yoluna qoyulub: “Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Onun rəhbərlik dövrü Azərbaycan iqtisadiyyatının, elminin və mədəniyyətinin inkişaf illəri kimi tariximizə daxil olub. İstər Sovet, istərsə də müstəqillik dövründə Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin dirçəlməsində, inkişafında müstəsna xidmətlər göstərib. Ulu öndərimizin fədakar əməyi sayəsində Azərbaycan inkişaf edərək, qüdrətlənib. 1993-cü ildə Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə müstəqillik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən yeni bir ideologiyanın əsası qoyulub”.
R.Yediyarov bildirib ki, Ulu öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb. Qeyd edilib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı bütün sahələrdə aparılan siyasəti ürəkdən dəstəkləyirlər. Vurğulanıb ki, xalqımızın xilaskarı Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaq və unudulmayacaq.
Daha sonra Ulu öndərin anım günü münasibəti ilə Gədəbəy şəhərində və rayonun ayrı-ayrı kəndlərində ehsan süfrəsi təşkil olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51

