Nurlu xatirəsi qəlblərdə daim yaşayan görkəmli alim
13.04.2026 [15:53]
Akademik Zərifə Əliyeva Azərbaycan elminin və səhiyyəsinin inkişafında mühüm rol oynamış görkəmli alim, oftalmoloq və ictimai xadim Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanda görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Zərifə xanımın həyat yolu elmə, insanlara xidmətin və yüksək mənəvi dəyərlərə sədaqətin parlaq nümunəsidir.
Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan Zərifə Əliyeva ixtisasını oftalmologiya sahəsində davam etdirmişdir. O, göz xəstəliklərinin, xüsusilə də peşə ilə bağlı yaranan görmə problemlərinin öyrənilməsində böyük elmi nailiyyətlər əldə etmişdir. Onun apardığı tədqiqatlar nəticəsində ölkəmizdə inkişaf edtirilən kimya və sənaye sahəsində çalışan insanlarda yaranan göz xəstəliklərinin qarşısının alınması üçün mühüm metodlar hazırlanmışdır.
Alimin elmi fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmamış, həmçinin beynəlxalq səviyyələrdə də tanınmışdır. Zərifə Əliyeva tibb elmləri doktoru, professor olmuş və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun elmi əsərləri bu gün də oftalmologiya sahəsində dəyərli mənbə hesab olunur.
Zərifə xanım həm də yüksək mənəviyyatı, sadəliyi və insanlara olan qayğıkeş münasibəti ilə seçilirdi. O, minlərlə insanın sağlamlığına qovuşmasına kömək etmiş, həkimlik peşəsini böyük məsuliyyət və sevgi ilə icra etmişdir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat yoldaşı olan Zərifə xanım xalqımızın milli dəyərlərinə sədaqət nümunəsi göstərməklə Vətənə layiq övladlar yetişdirmiş, adət-ənənələrimizi yaşadan ailə dəyərlərini daim uca tutmuşdur.
Zərifə Əliyeva uzun illər həkim kimi çalışaraq minlərlə insana şəfa vermişdir. O, yalnız xəstələri müalicə etməklə kifayətlənməyib, həm də gənc həkimlərin yetişdirilməsində böyük rol oynamışdır. Onun tələbələri sonradan Azərbaycanın müxtəlif bölgələrində uğurlu fəaliyyət göstərmişlər.
Zərifə Əliyeva həm də fəal ictimai xadim idi. O, səhiyyənin inkişafı, insanların sağlam həyat tərzinin təşviqi və tibbi maarifləndirmə istiqamətində mühüm işlər görmüşdür. İnsanlara qarşı həssaslığı, sadəliyi və qayğıkeşliyi ilə seçilmişdir.
Elmi və tibbi fəaliyyəti yüksək qiymətləndirilən, bir çox mükafat və fəxri adlara layiq görülən Zərifə xanım Əliyeva akademik adını qazanaraq Azərbaycan elminin zirvəsinə yüksəlmişdir. Onun fəaliyyəti Azərbaycan tibb tarixində silinməz iz qoymuşdur. O, yalnız böyük alim deyil, həm də humanist, insanlara sevgi ilə yanaşan bir şəxsiyyət kimi yadda qalmışdır. Bu gün də onun irsi gənc həkimlər üçün nümunədir.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar. Akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”.
Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.
Böyük alim, dəyərli içtimai xadim, xalqını və vətənini dərin məhəbbətlə sevən, Azərbaycan qadının milli mentalitetini daim uca tutan Zərifə xanım Əliyeva Azərbaycan xalqının qəlbində daim yaşayır. Bu gün onun adı tibb müəssisələrinə, küçələrə və məktəblərə verilmiş, elmi irsi isə gələcək nəsillər üçün örnəkdir.
Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın tibb aləmində açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
Rauf Hüseynov
YAP Culfa şəhər Heydər Əliyev prospekti 33 ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34

