Azərbaycan–Çexiya münasibətləri: davamlı inkişaf və strateji koordinasiya
30.04.2026 [10:53]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar dövlətlərarası münasibətlərin yeni dinamika qazandığını nümayiş etdirir. Səfər çərçivəsində qeyd olunan fikirlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar təsdiq edir ki, tərəflər əməkdaşlığı daha geniş və çoxşaxəli istiqamətlər üzrə inkişaf etdirmək niyyətindədirlər. Bu səfər gələcək strateji əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Mətbuata verilən bəyanatda vurğulanan məqamlardan biri tərəflər arasında formalaşmış fəal siyasi dialoqdur. Görüşlərin məhsuldar keçməsi, geniş spektrli məsələlərin müzakirə olunması iki dövlət arasında etimadın yüksək səviyyədə olduğunu ifadə edir. Belə bir yanaşma tərəflərin beynəlxalq proseslərə daha koordinasiyalı və ortaq baxış formalaşdırmaq niyyətindən xəbər verir. Bu isə münasibətlərin strateji xarakter almasına və uzunmüddətli əməkdaşlıq üçün möhkəm siyasi baza yaranmasına xidmət edir.
İqtisadi əməkdaşlıq səfərin əsas müzakirə istiqamətlərindən biri olub. Çexiyadan geniş tərkibdə iş adamlarının səfərdə iştirakı və biznes forumun təşkili iqtisadi əlaqələrin genişləndirilməsinə verilən önəmin göstəricisidir. Bu cür platformalar yeni tərəfdaşlıqların qurulmasına, mövcud layihələrin genişləndirilməsinə və qarşılıqlı investisiya imkanlarının artırılmasına şərait yaradır.
Ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması müsbət dinamikanı nümayiş etdirsə də, onun strukturunda enerji resurslarının üstünlük təşkil etməsi iqtisadi əlaqələrin şaxələndirilməsini aktuallaşdırır. Bu baxımdan sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyən olunur. Görüşlər zamanı müzakirə edilən konkret iqtisadi və sərmayə layihələri bu istiqamətdə real addımların atılacağının göstəricisidir.
Energetika sektoru Azərbaycan ilə Çex Respublikası arasında əməkdaşlığın əsas komponentlərindən biridir. Azərbaycan neftinin Çexiyaya ixracı və bu resursun həmin ölkənin enerji balansında mühüm yer tutması tərəfdaşlığın praktik əhəmiyyətini ifadə edir. Eyni zamanda, Azərbaycan beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi qəbul olunur və bu mövqe Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilir. Qaz ixracının geniş coğrafiyanı əhatə etməsi və Avropa məkanında enerji təhlükəsizliyinə töhfə verməsi bu əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. Tərəflər enerji sahəsində əməkdaşlığı yalnız ixrac çərçivəsində deyil, daha geniş və uzunmüddətli perspektivdə dəyərləndirirlər. Bu yanaşma gələcəkdə alternativ enerji, enerji səmərəliliyi və innovativ texnologiyalar sahəsində də əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq da diqqət çəkən istiqamətlərdəndir. Uzun müddət davam edən qarşılıqlı əməkdaşlıq artıq yeni mərhələyə keçərək birgə istehsal layihələrinin müzakirəsi ilə müşayiət olunur. Bu amillər tərəflər arasında texnoloji bilik mübadiləsinin genişlənməsinə və sənaye potensialının gücləndirilməsinə xidmət edir. Bu sahədə əməkdaşlığın inkişafı həm müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, həm də yerli istehsalın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çexiyanın bu sahədəki təcrübəsi ilə Azərbaycanın artan sənaye imkanlarının birləşdirilməsi qarşılıqlı faydalı nəticələr vəd edir.
Səfər zamanı hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi məsələsi də müzakirə olunub. Bu faktor əməkdaşlığın daha sistemli və planlı şəkildə inkişaf etdirilməsinə imkan verəcək mühüm addım kimi qiymətləndirilir. Müxtəlif sahələr üzrə əlaqələrin koordinasiyalı şəkildə həyata keçirilməsi qarşıya qoyulan hədəflərə daha sürətli nail olunmasına şərait yaradır.
Ümumilikdə, Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqun fəallığı, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji sahəsində etibarlı tərəfdaşlıq və müdafiə sənayesində yeni təşəbbüslər bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyini deməyə əsas verir. Mövcud dinamika fonunda tərəflər arasında əməkdaşlığın yeni sahələri əhatə edəcəyi, daha genişmiqyaslı layihələrlə zənginləşəcəyi və uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyi gözlənilir.
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

