“Ulu Öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda tədbir keçirilib
06.05.2026 [18:36]
Naftalan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Ulu Öndərin Ömür Yolu Vətənə və Xalqa Xidmət Nümunəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhər Ağsaqqallar Şurasının sədri, şəhid ailələrinin üzvləri, qazilər, ərazi partiya təşkilatlarının rəhbərləri, partiya veteranları və fəallar, digər məsul əməkdaşlar iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsi böyük ehtiramla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi ilə tədbir davam etdirilib.
Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov çıxış edərək qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir, çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. Natiq qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir və bugünkü qüdrətli Azərbaycanın lideri, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev məhz Ulu Öndər yolunu davam etdirərək qalib sərkərdə olaraq adını qızıl hərflərlə tarixə yazdırdı, xalqımızın Qarabağ arzusunu yerinə yetirdi.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək bildirdi ki, müasir Azərbaycan dövlətinin banisi, Heydər Əliyev fenomenal şəxsiyyət kimi dövlətçiliyimizin dirçəlməsində, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmişdir. Təşkilat sədri bu gün də müstəqil Azərbaycan dövlətinin uğurlarının təməlində Heydər Əliyev ideyalarının dayandığını və Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini, Azərbaycanı gələcəyə inamla aparan cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd etdi.
Digər natiqlər çıxış edərək Ulu Öndərin dövlətçilik və idarəçilik prinsiplərinin mükəmməlliyini, dünya liderləri arasında nə qədər böyük nüfuz sahibi olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qeyd ediblər ki, Ulu Öndərin azərbaycanlı olması ilə fəxr etməsi və bunu dəfələrlə dilə gətirməsi hər bir vətəndaş üçün nümunə idi. Əbədiyaşar Lider Heydər Əliyev və Onun azərbaycançılıq ideologiyası daim qəlblərdə yaşayacaqdır.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının və Naftalan şəhərinin ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup partiya fəalına Fəxri Fərman və hədiyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46

