28 May: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi
25.05.2026 [12:17]
28 May-Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şərəfli günlərdən biridir və dövlətçilik salnaməmizin şanlı səhifəsidir. Azad yaşamaq hər bir vətəndaşın konstitusion hüququdur və hər bir xalq üçün müstəqil olmaqdan, suveren dövlət hüquqlarına malik olmaqdan və öz müqəddəratını özü sərbəst həll etməkdən üstün heç nə ola bilməz. Məhz, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız özünün çoxəsrlik dövlətçilik ənənələrini bərpa etmiş, milli azadlıq və müstəqillik arzularını gerçəkləşdirmişdir. Həmin gün qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan bütün dünyaya müstəqil dövlət olduğunu bəyan etmiş, Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi respublikanın əsasını qoymuşdur. Bu əlamətdar tarix hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli oyanışının, azadlıq uğrunda mübarizəsinin və siyasi iradəsinin nəticəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm dövlətçilik ənənələri formalaşdırmağa nail olmuşdur. Yeni yaradılmış hökumət demokratik idarəçilik prinsiplərinə əsaslanaraq parlamentli respublika modeli qurmuş, insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi diqqət yetirmişdir. İlk dəfə olaraq qadınlara seçki hüququ verilmiş, bütün vətəndaşların hüquq bərabərliyi təmin edilmişdir. Bu, həmin dövr üçün təkcə regionda deyil, bütün dünyada nadir demokratik addımlardan biri idi.
Ən mühümü odur ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyin, dövlətçiliyin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı.
Xalq Cümhuriyyəti milli təhsil sisteminin qurulmasına da böyük önəm vermişdir. 1918-ci ildə qəbul edilən qərarlara əsasən məktəblərdə tədrisin ana dilində aparılmasına başlanılmış, milli maarifçilik siyasəti həyata keçirilmişdir. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması isə ölkədə ali təhsilin inkişafı baxımından mühüm hadisə olmuşdur. Bu addım milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış ən böyük addımlardan biri kimi tarixə düşmüşdür.
Cümhuriyyət dövründə hüquq və ədliyyə sisteminin formalaşdırılması istiqamətində də ciddi işlər görülmüşdür. 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyinin yaradılması dövlət quruculuğunun mühüm göstəricilərindən biri idi. Sonrakı dövrdə məhkəmə orqanlarının fəaliyyəti tənzimlənmiş, hüquqi dövlət prinsiplərinin tətbiqinə başlanılmışdır. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin müasir dövlətçilik ənənələrinin əsasını qoyduğunu göstərir.
Lakin mürəkkəb beynəlxalq və daxili siyasi vəziyyət Azərbaycan Xalq Cümhuriyyətinin uzunömürlü olmasına imkan vermədi. 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etsə də, onun ideyaları xalqın yaddaşında yaşayaraq gələcək müstəqilliyin əsasını təşkil etdi. Azərbaycan xalqı heç zaman azadlıq ideallarından dönmədi və uzun illərdən sonra yenidən dövlət müstəqilliyinə qovuşdu.
Tarix göstərir ki, hər bir xalq üçün azadlıq və müstəqillik əldə etmək böyük qəhrəmanlıq tələb etdiyi kimi, onu qorumaq daha böyük siyasi iradə, milli birlik və güclü dövlətçilik ənənələri tələb edir. Azərbaycan xalqı da bu çətin yolu keçərək öz dövlət müstəqilliyini qoruyub möhkəmləndirməyi bacardı. 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz ciddi təhlükələrlə üzləşdi. Həmin çətin dövrdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi və müstəqilliyimizin əbədi olması üçün möhkəm təməl yaradıldı. Heydər Əliyevin “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir” fikri dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən birinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin “Əsrin əvvəlində-1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı” fikri hər bir azərbaycanlı üçün müstəqilliyin yalnız əldə edilən siyasi status deyil, həm də daim qorunmalı olan milli sərvət və tarixi məsuliyyət olduğuna mühüm mesajdır.
Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edən, beynəlxalq aləmdə nüfuzu artan güclü dövlətə çevrilmişdir. Demokratik idarəçilik prinsipləri, iqtisadi inkişaf, sosial rifah və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə olunmuşdur. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib və tarixinin ən qüdrətli dövrünü yaşayır, müqəddəs, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır.
Prezident İlham Əliyevin 28 may 2025-ci ildə Laçında çıxışı zamanı qeyd etdiyi kimi: “107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra-1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra-1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi”. Bu fikir Azərbaycan xalqının tarix qarşısındakı böyük xidmətini bir daha təsdiqləyir. Bu gün müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi onun dövlətçilik ənənələrini yaşadır və inkişaf etdirir.
Müstəqil Azərbaycan artıq regionun lider dövlətlərindən biridir. Ölkəmiz beynəlxalq layihələrdə fəal iştirak edir, qlobal enerji və nəqliyyat layihələrinin əsas tərəfdaşlarından biri kimi çıxış edir. Azərbaycanın daxili və xarici siyasəti yalnız milli maraqlara əsaslanır və dövlətimiz öz müstəqil siyasətini qətiyyətlə davam etdirir.
28 May-Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli birliyinin və dövlətçilik ənənələrinin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları bu gün müstəqil və qüdrətli Azərbaycan Respublikasında yaşayır. Xalqımız öz tarixi köklərinə, milli dəyərlərinə və dövlətçilik ənənələrinə sadiq qalaraq daha böyük uğurlara doğru inamla irəliləyir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

