YAP Beyləqan rayon təşkilatında qazilər və gənclərlə görüş təşkil olundu
18.06.2026 [14:23]
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “26 İyun – Silahlı Qüvvələr Günü” münasibətilə gənclər arasında milli vətənpərvərlik ruhunun dahada gücləndirilməsi məqsədilə vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirildi.
Tədbirdə Beyləqan rayon icra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Heybət Əliyev, Vətən müharibəsində iştirak etmiş qazilər və rayon gəncləri iştirak etdilər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncağı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirdi ki, Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış hakimiyyətsizliyi bərpa etmək üçün Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gətirildi. Xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı azad etdi. Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi. Eyni zamanda, bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü. Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.
Tədbirdə çıxış edənlər: Beyləqan rayon icra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Heybət Əliyev, İbrahim Sarıyev, Qiyas Məmmədli, Asim Əliyev, Beyləqan Peşə məktəbinin direktor müavini Sənani Umudov və Beyləqan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Lalə Həmidova çıxış edərək bildirdilər ki, XXI əsrin müharibəsi kimi dünya hərb salnamələrinə qızıl hərflərlə yazılan şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi həm də xalqımızın haqq mübarizəsinə qalxaraq Zəfər çaldığı Vətən müharibəsi kimi tarix səhifələrinə əbədi həkk olundu. 30 ildən çox idi ki, davam edən münaqişəyə cəmi 44 gün ərzində son qoyan bu savaş həm xalqımızın böyük tarixinin, həm də gələcək rifahının təməlinin qoyulduğu müqəddəs hadisə oldu. Milli kimliyimizin, varlığımızın, ən əsası isə həqiqətin aynası olan bu qürurlu günlərimiz parlaq gələcəyimizin də üzərində bərqərar olan zəngin tarixi səltənətdir. Buna görə də Vətən müharibəsinin hər gününü dərindən araşdırmaq, həmin günlər ərəfəsində döyüş meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşananları ən incə detallarına qədər bilmək və onları olduğu kimi yaddaşımıza, tarixə yazmaq vacibdir. Bu məsuliyyət isə qismətinə qələbəmizə şahidlik etmək yazılmış bugünkü nəslin, Vətən müharibəsinin müasirlərinin üzərinə düşür.
Çıxışlar bitdikdən sonra tədbirə dəvət olunmuş qazilərə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.
Tədbir Yeni Azərbaycan partiyasının himni səsləndirildikdən sonra başa çatdı.
Xəbər lenti
Hamısına baxSosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09

