YAP Gənclər Birliyi Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş keçirib
26.02.2014 [09:50]
Yürüşdə partiyanın 500 nəfərə qədər gənc üzvləri iştirak ediblər
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş keçirib. Yürüşdə partiyanın 500 nəfərə qədər gənc üzvləri iştirak ediblər.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, hər il olduğu kimi, bu il də soyqırımla bağlı silsilə tədbirlər keçirilir. Onun sözlərinə görə, YAP Gənclər Birliyi fevralın əvvəlindən “Xocalıya ədalət!” şüarı ilə e-mail aksiyalarına start verib. “Aksiyada partiyamızın yüzlərlə fəal gənci iştirak edib, rayon təşkilatları da bu işə qoşulublar. Soyqırımla bağlı yürüş keçirməklə də biz Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad edirik. Eyni zamanda, dünya ictimaiyyətinin diqqətini bu soyqırımına cəlb etmək istəyirik. Tədbirlərimiz bir günlə bitmir. Belə ki, xaricə səfərlərimiz, ölkəmizə gələn qonaqlarla görüşlər zamanı da Xocalı soyqırımı haqda məlumatlar veririk. Bilirsiniz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası müsbət nəticələrini verməkdədir. Bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. Artıq “Xocalıya ədalət!” kampaniyasının başlamasının 5 ili tamam oldu. Bu kampaniya ötən dövr ərzində bir çox uğurlara imza atıb” - deyə, S.Orucov vurğulayıb.
YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva deyib ki, təşkilat Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır: “Bu məqsədlə YAP Gənclər Birliyi müxtəlif layihələr həyata keçirir. Biz elektron vasitələrlə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına, rəsmi şəxslərə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında geniş məlumatlar çatıdırırq. Çalışırıq ki, əsrlər boyu xalqımızın başına gətirələn faciələr haqda məlumatları daha geniş ictimaiyyətə yayaq. Biz bu faciələri heç zaman unutmayacağıq. Ona görə belə aksiyalar keçiririk”.
YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva da bildirib ki, bu yürüş “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilir. Bunun son tədbir olmadığını deyən A.Əliyevanın sözlərinə görə, il ərzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində böyük, hegemon dövlətlərin rəsmilərinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər edilir. “Bu yürüşdə yüzlərlə gəncimiz iştirak edir. Biz gənclərə sosial şəbəkələr vasitəsilə çağırış etmişdik. Onlar bu çağırışa qoşularaq gəlib bu yürüşdə iştirak edirlər. Xocalı soyqırımına həsr olunmuş abidə bizim məbədimizdir, borcumuzdur ki, bu faciədə canlarını vermiş insanların xatirəsini həmişə yad edək” - deyə, A.Əliyeva vurğulayıb.
YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxan bildirib ki, Xocalı faciəsi insanlığa qarşı yönəlmiş bir cinayətdir. Onun sözlərinə görə, 22 il bundan öncə dünyamızda insan hüquqlarının qorunması haqqında kifayət qədər beynəlxalq hüquqi sənədlər, bu işlə məşğul olan beynəlxalq təşkilatlar da vardı: “Elə indi də onlar var, amma yenə susqun halda. 22 il öncə bütün dünyanın gözü qarşısında erməni hərbçilərinin Azərbaycan xalqının başına açdığı bu müsibət, faciə bu gün də öz həqiqi qiymətini almayıb. Dünya bu məsələdə yenə də sükut edir. Lakin dövlətimizin xarici siyasətinin əsasını təşkil edən Qarabağ məsələsi və erməni xislətinin dünyaya tanıtdırılması işi Xocalı faciəsinin də dünyaya çatdırılması prosesinə böyük təkan verir. Xüsusən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı faciəsi haqqında dünyaya ətraflı məlumatlar verilməkdədir. Nəticə olaraq, artıq bir beynəlxalq təşkilat, bir necə dövlət, Amerikanın bir neçə ştatı Xocalı faciəsini soyqırımı faktı kimi təsdiqləyib. Biz gənclər bu işi davam etdirməli və bu yolda öz ali məqsədimizə çatmalıyıq. Bütün dünya erməni kimliyini yaxından tanımalıdır. Bu iş hər birimizin müqəddəs borcu və vəzifəsidir”.
YAP Gənclər Birliyinin fəal üzvü Səbuhi Abbasov isə deyib ki, Xocalı faciəsi Azərbaycan xalqının və hər birimizin silinməz ağrısıdır. Onun sözlərinə görə, bu hadisə 22 il bundan əvvəl baş verib, lakin öldürülmüş günahsız insanların xatirəsi daim ürəyimizdə yaşayacaq: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünya səviyyəsində keçirilən “Xocalıya ədalət”!” kampaniyasının nəticəsi olaraq artıq bir çox dünya dövlətləri bu faciəni qətliam kimi tanımışlar. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bu yürüşü də məhz Xocalı həqiqətlərinin dünya miqyasında gənclər arasında geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan gəncləri müdafiə mövqeyindən hücüm mövqeyinə keçərək bütün sahələrdə düşmənlərini üstələməkdədir”
Digər gənc YAP-çı Elməddin Allahverdiyev də yürüşə ürəyinin səsi ilə qoşulduğunu deyib: “Xocalı soyqırımının qurbanlarını daim anmaq biz gənclərin borcudur. Biz bu qanlı tariximizi yaşadaraq gələcək nəsillərə ötürməliyik ki, heç nə unudulmasın”.
Qeyd edək ki, yürüş Ali Məhkəmənin binasının qarşısından başlayaraq “Xocalı harayı” abidəsinin önünə qədər davam edib. Yürüşdə gənclər Azərbaycan və ingilis dillərində “Xocalıya ədalət!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər.
Yürüş “Xocalı harayı” abidəsinin önünə əklil qoyulması ilə başa çatıb. YAP Gənclər Birliyinin üzvləri abidəni ziyarət edərək Xocalı soyqırımının qurbanlarının xatirəsini böyük ehtiramla yad ediblər.
Nardar Bayramlı
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11

