YAP Sabunçu rayon təşkilatı neftçiləri mükafatlandırıb
21.09.2026 [12:37]
20 sentyabr-Neftçilər günü münasibətilə “Seyid Hüseyn küçəsi 1” (Balaxanı Əməliyyat Şirkəti – BOC LTD) ünvanı üzrə ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk öncə tarixi Balaxanı mədənlərinə həsr edilmiş “Od və Günəş” adlı sənədli film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev çıxış edərək bildirib ki, Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında 1994-cü ilin 20 sentyabrında imazalanmış “Əsrin müqaviləsi”nin xüsusi yeri var. Bu kontraktlar müstəqil Azərbaycanın dinamik inkişafının əsasını qoydu. Dünyanın nüfuzlu dövlətləri, nəhəng şirkətləri ölkəmizə cəlb olundu. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi.
Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov 20 sentyabr-Neftçilər günü münasibətilə peşə sahiblərini təbrik edərək onlara uğurlar arzu edib. Bildirilib ki, müstəqil və suveren Azərbaycanın imza atdığı bütün uğurların arxasında onun strateji şəkildə qurulmuş iqtisadi siyasəti dayanır. 20 sentyabr tarixinin yaxın keçmişimizin şanlı səhifələrini əks etdirərək “Neftçilər Günü” ilə yanaşı “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi də Azərbaycanın siyasi və iqtisadi xəttinin yüksəlişinin rəmzidir. Çünki məhz Ümummilli lider Heydər Əliyevin uzaqgörən təşəbbüsü, “Əsrin Müqaviləsi” ilə başlayan iqtisadi güclənmə prosesi Azərbaycanın siyasi-iqtisadi və sosial dirçəlməsinə səbəb oldu, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunu mümkün edərək Vətənimizə parlaq zəfər gətirdi.
Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin neft strategiyası bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Ulu Öndərin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının ötən illər ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub.
Tədbirin sonunda bir qrup neftçiyə rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

