Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəngilan – sülhün, quruculuğun və tərəqqinin yeni məkanı

Zəngilan – sülhün, quruculuğun və tərəqqinin yeni məkanı

20.10.2026 [23:08]

20 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 8A” və “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 20 oktyabr “Zəngilan şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi xalqımızın yaddaşına əbədi həkk olunan tarixi hadisələrdən biridir. Bu qələbə Azərbaycan əsgərinin gücünü, Vətən sevgisini və milli iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Zəngilanın azadlığı ilə xalqımızın illərlə həsrətində olduğu doğma torpaqlara qayıdış arzusu gerçəkləşməyə başlamışdır. Həmin gün şəhidlərimizin qanı bahasına qazanılan Zəfərin, qəhrəman hərbçilərimizin fədakarlığının və xalqımızın sarsılmaz birliyinin təntənəsi kimi tarixə düşmüşdür.

Tədbirdə çıxış edən digər natiqlər – “Rafiq Alıcanov 8A” Ərazi Partiya Təşkilatının fəal üzvü Ləman Hacıyeva və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, Zəngilan şəhərinin azad olunması Azərbaycanın hərbi-strateji baxımdan mühüm uğurlarından biri olmuşdur. Bu qələbə ölkəmizin cənub-qərb istiqamətində mövqelərini gücləndirməklə yanaşı, regionda yeni geosiyasi və iqtisadi reallıqların formalaşmasına da təsir göstərmişdir. Zəngilanın strateji mövqeyi gələcəkdə nəqliyyat əlaqələrinin genişləndirilməsi, regional əməkdaşlığın inkişafı və iqtisadi imkanların artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31