Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İranın Berlindəki səfiri Almaniya XİN-ə çağırılıb

İranın Berlindəki səfiri Almaniya XİN-ə çağırılıb

19.10.2026 [21:13]

Almaniya Xarici İşlər Nazirliyi (XİN) İranın kəşfiyyat xidmətləri ilə əlaqəsi olan şəxslərin terror hücumlarına hazırlıqda təqsirli bilinərək məhkum edilməsindən sonra İranın bu ölkədəki səfirini nazirliyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya XİN-in X sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Almaniya yəhudi icmasının həyatına və onu müdafiə edən şəxslərə qarşı hücumlara, xüsusilə ölkə ərazisində baş verən belə hallara dözməyəcək. Nazirlik Yozef Şuster və Volker Bekə qarşı sui-qəsd cəhdlərini qətiyyətlə pisləyib və İranın fəaliyyətlərinin Almaniyanın azad cəmiyyətini təhdid etməsinə imkan verməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Hamburqdakı Ali Regional Məhkəmə Danimarkada yaşayan iki şəxsi İranın kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda və hücumların hazırlanmasında təqsirli bilərək onları 8 il 6 ay və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onların Almaniya Yəhudiləri Mərkəzi Şurasının sədri Yozef Şuster və Almaniya-İsrail Cəmiyyətinin rəhbəri Volker Bek haqqında məlumat topladığını müəyyənləşdirib.

Almaniya XİN, həmçinin İranın İnqilab Keşikçiləri Korpusunun Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsinə yönəlmiş səylərin nəticə verdiyini bildirib.

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31