Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir
19.10.2026 [21:49]
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun azadlığına qovuşdurduğu Qarabağda və Şərqi Zəngəzurda infrastruktur bərpa olunur, yeni həyat qurulur. Yeni yollar, evlər, məktəblər inşa edilir. Azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri təkcə infrastrukturun yenidən yaradılması deyil, həm də tarixi yaddaşın və sosial həyatın bərpasıdır. Doğma yurduna qayıdan hər bir ailə üçün yeni ev, iş yeri və əlçatan dövlət xidmətləri gələcəyə inamın mühüm dayaqlarıdır. Qarabağda və Şərqi Zəngəzurda getdikcə genişlənən DOST xidmətləri şəbəkəsi də Böyük Qayıdış prosesinin sosial təminat istiqamətində mühüm tərkib hissəsidir.
AZƏRTAC xəbər verir ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan DOST layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür. 2019-cu ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyi və ilk DOST Mərkəzinin açılışı olub. Dövlətimizin başçısı açılış tədbirində çıxışı zamanı deyib: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.
Bu gün DOST mərkəzlərində 15 istiqamət üzrə 164 xidmət “bir pəncərə” prinsipi əsasında təqdim olunur. İndiyədək 5 milyona yaxın vətəndaş DOST xidmətlərindən faydalanıb. Vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi isə 98,9 faiz təşkil edir.
Qarabağda və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi mərhələli şəkildə genişləndirilir. Bu istiqamətdə ilk addım Zəngilan rayonunun Ağalı kəndində atılıb. DOST-un işğaldan azad edilmiş ərazilərdə fəaliyyət tarixinin başlanğıcı da məhz bu kəndlə bağlıdır. 2022-ci ilin mayında Zəngilanın Ağalı kəndində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılan ilk “Smart DOST” məntəqəsi “Ağıllı kənd” layihəsinin mühüm tərkib hissəsi oldu.
“Smart DOST” məntəqəsi dövlət xidmətlərini kənd sakinlərinin yaşadığı əraziyə gətirməklə onların gündəlik həyatını asanlaşdırır. Ağalıya köçən ailələr pensiya, müavinət və digər sosial təminat məsələləri ilə bağlı uzaq məsafə qət etmədən, yaşadıqları kənddə xidmətlərdən yararlana bilirlər. “Smart DOST” vətəndaşlara onlayn rejimdə 100-dən çox xidmətdən yararlanmaq imkanı yaradır. Məntəqədə çalışan əməkdaşların da Ağalı sakinləri olması yerli məşğulluğun dəstəklənməsi baxımından əhəmiyyətlidir.
2023-cü il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdə şəhərində Qarabağ Regional DOST Mərkəzinin açılışı olub. Mərkəz qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlara xidmət göstərir. Mərkəz bölgə əhalisinin sosial xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, peşə hazırlığı və reabilitasiya imkanlarının genişləndirilməsinə də töhfə verir.
Mərkəzin nəzdində Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi də açılıb. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də Peşəyönümü və Karyera Mərkəzi, inzibati və texniki otaqlardan ibarət olan həmin mərkəzdə 48 peşə istiqaməti üzrə tədrisin həyata keçirilməsi üçün hər bir şərait yaradılıb. Bu imkanlar bölgə sakinlərinin yeni peşələrə yiyələnməsi, əmək bazarına inteqrasiyası və məşğulluq imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən “RehaPoint” – Reabilitasiya Məntəqəsində isə bölgə sakinlərinə reabilitasiya xidmətləri göstərilir.
Qarabağda DOST xidmətlərinin növbəti ünvanı mədəniyyət paytaxtımız Şuşa oldu. Prezident İlham Əliyev 2024-cü il iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etdi.
Mərkəzin yerləşdiyi keçmiş poçt binası və ətraf ərazi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı şəkildə yenidən qurulub, geniş yaşıllıq zonası salınıb. Dördmərtəbəli binada Şuşa DOST qəbul şöbəsi və “ASAN xidmət”, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin filialları fəaliyyət göstərir. Mərkəzin diqqətçəkən xüsusiyyətlərindən biri də yerli sakinlərin məşğulluğuna verdiyi töhfədir. Burada yaradılan iş yerlərinin hamısında Şuşa sakinləri çalışırlar.
Beləliklə, Dövlət Xidmətləri Mərkəzi həm vətəndaşların xidmətlərə çıxışını təmin edir, həm də doğma şəhərinə qayıdan insanların burada işləməsinə və həyatlarını yenidən qurmasına imkan yaradır.
Böyük Qayıdış Proqramına uyğun olaraq Kəlbəcərdə də dövlət xidmətlərinə rahat çıxış təmin olunub. Rayonda fəaliyyətə başlayan DOST məntəqəsi öz yurduna qayıdan sakinlərə xidmət göstərir. Məntəqədə xidmətlər “bir pəncərə” prinsipi əsasında, müasir, çevik və şəffaf mexanizmlərlə təqdim olunur. Burada vətəndaşlara məşğulluq, sosial müdafiə xidmətləri ilə yanaşı, sahibkarlıq təşəbbüslərinə dəstək imkanları da yaradılıb. Kəlbəcər DOST məntəqəsinin fəaliyyəti sakinlərin sosial xidmətlərə rahat çıxışını təmin edir, gündəlik sosial təminat məsələlərinin yaşadıqları ərazidə həllinə şərait yaradır. Bu məntəqə Qarabağ Regional DOST Mərkəzinin xidmət əhatəsini genişləndirərək Böyük Qayıdışla paralel olaraq bölgədə sosial xidmət infrastrukturunun inkişafına töhfə verir.
İşğaldan azad edilmiş ərazilərdə DOST şəbəkəsinin qurulması istiqamətində növbəti addım Füzuli şəhərində atılıb. Qarabağ Regional DOST Mərkəzinin Füzuli DOST məntəqəsi fəaliyyətə başlayıb. Mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilən Füzuli DOST məntəqəsi gün ərzində 120-dək vətəndaşı qəbul edə bilir. Yeni məntəqə Füzuliyə qayıdan sakinlərin sosial xidmətlərə daha rahat çıxışını təmin etməklə DOST şəbəkəsinin bölgədəki əhatə dairəsini genişləndirir.
Ağalıdan Bərdəyə, Şuşadan Kəlbəcərə və Füzuliyə qədər genişlənən DOST şəbəkəsi doğma yurduna qayıdan vətəndaşların sosial müdafiə və məşğulluq xidmətlərinə daha rahat çıxışını reallaşdırır.
Qarabağ yenidən qurulur. Bu qurulan həyatın içində DOST da var – vətəndaşa “Sən tək deyilsən, dövlət sənin yanındadır” deyən DOST.
Xəbər lenti
Hamısına baxDünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22

