Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın siyasi fəaliyyəti və Azərbaycanın davamlı inkişaf strategiyası

YAP-ın siyasi fəaliyyəti və Azərbaycanın davamlı inkişaf strategiyası

21.10.2026 [18:52]

21 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Statistika idarəsi” və “Ağstafa şəhər Təhsil işçiləri” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri olmuşdur. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı ölkənin keçdiyi tarixi inkişaf yolunun qiymətləndirilməsi, müasir geosiyasi reallıqların təhlili və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərin diqqətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşımışdır.

Daha sonra çıxış edən natiqlər – “Statistika idarəsi” Ərazi Partiya Təşkilatının sədri Rahilə Namazova, Ağstafa şəhər 3 №-li tam orta ümumtəhsil məktəbin direktor müavini Şəfəq Heydərli və partiya fəalı Uday Mustafazadə bildiriblər ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın dövlətçilik tarixində əldə edilmiş nailiyyətlər, milli maraqların qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, hərbi potensialın artırılması və beynəlxalq mövqelərin gücləndirilməsi kimi məsələlər ön plana çəkilmişdir. Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni siyasi şəraitdə keçirilməsi ilə də fərqlənmişdir. Bu baxımdan tədbir yalnız partiyanın fəaliyyətinə nəzər salmaq deyil, həm də ölkənin qarşısında duran strateji vəzifələri geniş müzakirə etmək üçün əhəmiyyətli platforma olmuşdur.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31