Ələt sakinləri bu seçkilərdə də YAP-ın namizədlərinə etimad göstərəcəklər
03.12.2014 [09:39]
Ələt qəsəbə bələdiyyəsinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər və səlahiyyətli nümayəndələr qəsəbədə seçicilərlə görüşüblər
Dünən dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Qaradağ rayonu Ələt qəsəbə bələdiyyəsinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər və səlahiyyətli nümayəndələr qəsəbədə seçicilərlə görüşüblər. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatı İdarə Heyətinin üzvü Zaməddin Həmşəyev deyib ki, bələdiyyələrin fəaliyyəti Azərbaycanın demokratik inkişafı baxımından olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, ölkəmizdə bələdiyyə institutları gənc qurumlar olsa da, inkişaf prosesinə mühüm töhfələr verir. Son illərdə isə onların rolu daha da artıb. O, seçiciləri bu seçkilərdə də fəallıq göstərməyə, həmçinin, YAP tərəfindən irəli sürülən namizədlərə səs verməyə çağırıb.
YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov isə Yeni Azərbaycan Partiyasının dövlətimizin inkişafında oynadığı əhəmiyyətli roldan danışıb. Onun sözlərinə görə, son 10 ildə Azərbaycan iqtisadi cəhətdən böyük inkişaf yolu keçərək bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır. Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə lider ölkəyə çevrilib: “Əlbəttə ki, bu inkişafın memarı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyevdir. Bu gün Prezidentimizin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti də məhz dövlətimizin daha da inkişafına, xalqımızın daha yaxşı yaşamasına yönəlib. Ona görə də, partiyamızın fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir. Biz inanırıq ki, bu bələdiyyə seçkilərində də seçicilər YAP-ın namizədlərinə səs verməklə, ölkəmizin inkişafına növbəti töhfəni verəcəklər”.
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatı İdarə Heyətinin üzvü Şahxələf Xələfov, YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov, digər çıxışçılar - Nizami Mehdiyev, Azad Musayev, Samir Mehdiyev, Asəf Səmədov, Nail Bayramov, Xanım Xancanova, Vəfa Əsədova yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də növbəti möhtəşəm qələbə qazanacağına əminliklərini ifadə edərək, seçiciləri fəal olmağa çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52

