/ / YAP Masallı rayon təşkilatı “Birinci Avropa Oyunları - dünyanın diqqət mərkəzində” mövzusunda tədbir keçirib
YAP Masallı rayon təşkilatı “Birinci Avropa Oyunları - dünyanın diqqət mərkəzində” mövzusunda tədbir keçirib
04.04.2015 [10:56]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı aparatında “Birinci Avropa Oyunları - dünyanın diqqət mərkəzində” mövzusunda tədbir keçirilib. Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, ilk Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin reallıqları ilə bağlıdır. Onun sözlərinə görə, son illərdə ölkəmiz həyata keçirilən məqsədyönlü siyasət sayəsində yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə imza atıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında birinci Avropa Oyunlarının cari ilin yayında Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə təsir göstərən səbəblərdən birinin də Azərbaycanın sürətli inkişafı ilə bağlı olduğunu bildirib. Digər tərəfdən, Azərbaycan cəmiyyəti öz yüksək tolerantlığı, başqa mədəniyyətlərə, konfessiyalara dözümlülüyü ilə fərqlənir. Azərbaycan qısa müstəqillik tarixində özünü beynəlxalq birliyə hər cəhətdən layiqli töhfələr verən, regional və qlobal miqyasda gedən proseslərə müsbət təsir göstərən bir ölkə kimi tanıdıb. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın 200-dən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır.
S.Əliyev daha sonra qeyd edib ki, heç şübhəsiz, birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsində davamlı dövlət qayğısı sayəsində respublikamızın qısa müddətdə yüksək ənənələrə və güclü infrastruktura malik idman ölkəsinə çevrilməsi də mühüm rol oynayıb.
Tədbirdə iştirak edən Gülnaz Talıbova, Əli Məmmədli, Nurməmməd Ağayev və başqaları çıxış edərək bu oyunların Bakıda keçirilməsinin əhali tərəfindən çox yüksək səviyyədə dəstəkləndiyini bildiriblər.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31

