Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qazax rayon təşkilatının Qadınlar Şurası Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbir keçirib

YAP Qazax rayon təşkilatının Qadınlar Şurası Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbir keçirib

24.04.2015 [09:59]

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının Qadınlar Şurası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə toplantı keçirib. Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov bildirib ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli, mənalı ömür yolu, Azərbaycan elmi, vətəni üçün gördüyü işlər hər zaman iftixar, qürur hissi doğurur. H.Pənahov Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elminə verdiyi töhfədən, gənc kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən bəhs açıb. Qeyd edib ki, nəcib insani keyfiyyətlərə malik Zərifə xanım Əliyevanı xalqımız heç zaman unutmayacaq.
Daha sonra YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Asya Alhüseynova geniş məruzə ilə çıxış edib. Bildirilib ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində yeni bir mərhələnin başlanğıcıdır: “Zərifə xanımın elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparan və dəyərli elmi-tədqiqat işləri yazan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib”.
Daha sonra Qazax rayon Mərkəzi Xəstəxanasının göz həkimi Rəqiyyə İsmayılova, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının üzvləri Nəzakət İsgəndərova, Tərlan Bədəlova, Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova çıxış edərək Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini yüksək dəyərləndiriblər. Çıxışlarda Zərifə xanım Əliyevanın zəngin elmi irsinin, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin parlaq səhifəsi kimi hər zaman tibb tarixində yaşayacağına əminlik ifadə olunub.
PƏRVİZ

Paylaş:
Baxılıb: 865 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30