Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sumqayıt şəhər təşkilatının Qadınlar Şurasının toplantısı keçirilib

YAP Sumqayıt şəhər təşkilatının Qadınlar Şurasının toplantısı keçirilib

24.04.2015 [10:00]

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının Qadınlar Şurası akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə toplantı keçirib. Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Nazilə Cəlilova nəcib insan, tanınmış ictimai xadim, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat yolu haqqında danışıb. N.Cəlilova bildirib ki, öz həyatını tibb elminin inkişafına həsr edən akademik Zərifə Əliyeva göz xəstəliklərinin prafilaktik müalicəsi sahəsində böyük uğurlara imza atıb: “Zərifə xanım hər zaman xalqımızın yaddaşında yaşayacaq. Böyük şəxsiyyət, istedadlı həkim olan Zərifə xanım Əliyeva uzun illər pedaqoq kimi də xalqımızın xidmətində dayanıb”.
Çıxış edən YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədr müavinləri Səkinə Sadıxova, Leyla Əliyeva, İstedad liseyinin direktoru Adilə Süleymanova, o cümlədən, Kəmalə Əsgərova və başqaları vurğulayıblar ki, hər bir həkim öz peşə fəaliyyətində Zərifə xanımın şərəfli ömür yoluna əsaslanır. Qeyd edilib ki, Zərifə xanım oftalmologiya sahəsində imza atdığı yeniliklərlə böyük bir məktəb yaradıb. Bu məktəbin hər bir nümayəndəsi arxaya boylananda məhz Zərifə xanımdan başlayan bir ənənənin davamçısı olduğunu və bu böyük məsuliyyəti anlayacaq.
P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 875 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30