Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gədəbəy rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə rayon məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirib

YAP Gədəbəy rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə rayon məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirib

09.05.2015 [12:40]

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə rayon məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirib. Bununla bağlı keçirilən tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Ümummilli lider Heydər Əliyev irsinin təbliği istiqamətində tədbirlərin, xüsusilə də məktəblilər arasında inşa yazı müsabiqəsinin keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Vurğulanıb ki, inşa müsabiqəsinin keçirilməsində əsas məqsəd gənc nəsli Ulu öndər Heydər Əliyev ideyaları ruhunda, Onun zəngin irsi işığında tərbiyə etməkdir.
Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının idarə heyətinin üzvü Namiq Rüstəmov Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən ətraflı bəhs edib.
YAP Gədəbəy rayon təşkilatının sədri R.Nağıyev müsabiqədə yer tutmuş məktəblilərin Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təltif olunacağını bildirib.

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30