Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Neftçala rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirib

YAP Neftçala rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirib

09.05.2015 [12:47]

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirib. Rayonda yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bildirib ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın qurucusudur: “Müstəqil Azərbaycan dövlətinin bugünkü inkişafı Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Əsası Ulu öndər tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin inkişafında mühüm əhəmiyyət kəsb edib”.
A.Cəfərov Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyası sayılan Yeni Azərbaycan Partiyasının Ümummilli liderimiz, dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin sayəsində təşəkkül tapdığını bildirib: “Keçdiyimiz yola nəzər salıb görülmüş işlərə qiymət verərək, bu gün tam əminliklə söyləmək olar ki, YAP-ın təsis edilməsi, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı uçurum kənarında olan ölkəmizin xilası üçün zəmin yaratdı. Bu gün əsası Ulu öndərimiz tərəfindən qoyulan inkişaf yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Çıxış edən YAP Neftçala rayon təşkilatı Qadınlar Şurasının sədri Gültəkin Sadıqova, YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev, YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin üzvü Gövhər Nağıyeva və Neftçala şəhər 4 saylı məktəbin direktoru Şəfəq Balaşova Ulu öndər Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişaf yolunda qətiyyətlə irəlilədiyini bildiriblər. Natiqlər qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyev siyasəti Azərbaycan dövlətinin inkişafının fundamental əsasını təşkil edir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 816 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30