Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Səbail rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib

YAP Səbail rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib

09.05.2015 [12:48]

Mayın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının qərargahında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon təşkilatının üzvləri əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb.
Bildirilib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti var. 1969-1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrüdür.
Ş.Hacıyev qeyd edib ki, sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.
Ulu öndərin Naxçıvana rəhbərlik etdiyi dövrdən söz açan natiq Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salıb, partiyanın yarandığı gündən Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik bir təşkilat kimi qəbul edildiyini söyləyib.
Tədbirdə əməkdar müəllim Sara Xanlarova, professor Oqtay Sultanov, YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı fikirlərini, xatirələrini bölüşüblər.
Tədbirdə Ümummilli liderin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Paylaş:
Baxılıb: 873 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30