“İlk Avropa Oyunlarına sən də qoşul”
27.05.2015 [09:30]
YAP Gənclər Birliyi və “Yeni Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə bu mövzuda tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və “Yeni Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “İlk Avropa Oyunlarına sən də qoşul” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir. Onun fikrincə, bu fakt xüsusilə Prezident İlham Əliyevin uğurlu siyasətinin təzahürüdür.
S.Orucov qeyd edib ki, Azərbaycanda güclü idman infrastrukturu yaradılıb. Onun sözlərinə görə, idman kompleksləri, yolların abadlaşması, şəhərlərin inkişafı, turizm obyektləri və digər infrastrukturlar uzun illər xalqın xidmətində olacaq.
“Eyni zamanda, turizmin inkişafına da geniş imkanlar yaranacaq. Bütün bunlar həm də Azərbaycanın təbliğidir. Çünki xaricdən gələn qonaqlar Azərbaycanın nailiyyətlərini dünyada təbliğ edəcəklər. Digər vacib məqam odur ki, bir daha Azərbaycan özünü dünyaya dostluq, qardaşlıq, barış məkanı kimi təqdim edəcək. Bütün dünya bu reallığın şahidi olacaq. Bunlardan əlavə, müvafiq sahələr üzrə kadrların yetişdirilməsi baxımından da bu tədbirin əhəmiyyəti qeyd olunmalıdır. Çünki vaxtilə müxtəlif sahələr üzrə mütəxəssislər xaricdən dəvət olunurdu, amma indi həmin mütəxəssislər, kadrlar ölkəmizdə yetişdirilir. Onu da deyim ki, ilk Avropa Oyunları ölkəmizdə idmanın kütləviliyinə də müsbət təsir edəcək. Artıq bu baxımdan qürurla deyə bilərik ki, yeni nəsil yetişir və onların idman sahəsində uğurları artır. Beynəlxalq yarışlarda qazanılan medalların ilbəil artması bunu təsdiqləyir”, - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mötəbər hadisə olmaqla yanaşı, ölkəmizin tarixində yeni bir səhifədir: “Bu, təkcə idman hadisəsi kimi dəyərləndirilməməlidir. İlk növbədə, bu, Azərbaycana verilən bir dəyər olmaqla bərabər, Azərbaycanın Avropa ailəsinə üzv olduğunun etirafıdır. Ona görə də, bu Oyunların ölkəmizin ictimai, mədəni, idman, sosial və turizm sahəsində qoyacağı iz yaxın və uzaq perspektivdə çox ciddi dividendlərlə müşayiət olunacaq”.
İlk Avropa Oyunları ərəfəsində medianın və ictimai institutların fəaliyyətinə və roluna toxunan baş redaktor əlavə edib ki, postmodernizm mərhələsində - informasiya cəmiyyətində medianın başlıca funksiyalarından müxtəlif məqsədlərlə istifadə edilməsi müşahidə edilir: “İlk Avropa Oyunları ərəfəsində biz bəzi media qurumlarının, xüsusilə transmilli medianın manipulyasiya xarakterli informasiyalarına rast gəlirik. Bu, ilk növbədə, Oyunların əhəmiyyəti və nüfuzunun azaldılması üçün məqsədli şəkildə aparılan kampaniyanın tərkib hissəsi kimi çıxış edir. Belə olan halda ortaya sual çıxır: nə üçün Avropadakı bəzi transmilli media qurumları bu Oyunlara qarşı “qara piar” kampaniyası aparır, həqiqətə uyğun olmayan informasiyaları dövriyyəyə buraxırlar? Axı dünya idman ictimaiyyətinin yüksək qiymətləndirdiyi bu Oyunlar adından da göründüyü kimi, Avropanı birləşdirən mötəbər beynəlxalq idman hadisəsi olmaqla müstəsna əhəmiyyət daşıyır”.
“Azərbaycan mətbuatı bu idman hadisəsini siyasi proseslərdən uzaq tutmalıdır. Bilirik ki, Avropa Oyunlarını siyasiləşdirməyə çağıran, onun əleyhinə çağırışlar edən qüvvələr var. Hesab edirəm ki, Azərbaycan mediasının əsas vəzifələrindən biri də hadisəni olduğu kimi işıqlandırmaqdır. Burada idman tədbiri keçiriləcək və ictimai təfəkkürdə də bu siyasi deyil, idman hadisəsi kimi qalacaq. Bu baxımdan da, idman yarışmasının siyasiləşdirilməsi yolverilməzdir. Hesab edirik ki, nəticə etibarilə bu Oyunlar Azərbaycana bir çox dividendlər gətirəcək”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Çıxış edən YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri Elnur Rəhimov bildirib ki, Azərbaycan dövləti gənc olsa da dünyada kifayət qədər tanınır. Ölkəmizin mühüm əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini vurğulayan E.Rəhimov birinci Avropa Oyunlarının da Azərbaycanın daha geniş miqyasda tanınmasındakı rolundan bəhs edib. O bildirib ki, YAP Gənclər Birliyinin üzvləri ölkəmizin tanıdılmasında, sosial şəbəkələrdə təbliğat aparılmasında və ölkəmizin xarici turistlərə təqdimatında aktiv olmalıdırlar.
Daha sonra çıxış edən YAP Gənclər Birliyi ofisinin əməkdaşı Aytən Hüseynova da ölkəmizdə keçiriləcək Avropa Oyunlarının rəngarəngliyindən bəhs edib. Bildirib ki, bu Oyunlara daxil edilən idman növlərinin böyük əksəriyyəti Olimpiya idman növləridir. Bu amil isə yarışlara marağın daha da artmasına səbəb olur. A.Hüseynova əmin olduğunu bildirib ki, ölkəmiz birinci Avropa Oyunlarında öz turizm və iqtisadi potensialını xarici qonaqlara təqdim edə biləcək. Vurğulanıb ki, bu amil xarici turistlərin gələcək illərdə ölkəmizə reallaşacağı səfərlərinin əsas stimuluna çevrilə bilər.
Çıxış edən YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin üzvü Mircavid Hüseynov bildirib ki, özünə demokratik inkişaf yolu seçmiş və hüquqi dövlət olan ölkəmizdə bütün azadlıqlar təmin edilib. Vurğulanıb ki, bəzi xarici antimilli qrupların ölkəmizə qarşı apardığı “qara piar” kampaniyası məhz Azərbaycanın bu Oyunları uğurlu şəkildə təşkil edəcəyindən yaranan narahatlıqdan qaynaqlanır.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nurlan Qələndərli isə bildirib ki, Azərbaycanda idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib. Bildirilib ki, ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır: “Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Əminliklə söyləyə bilərik ki, birinci Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə olacaq”.
YAP Gənclər Birliyinin ofisinin əməkdaşı Elmar Məmmədov da Avropa Oyunlarının əhəmiyyətindən bəhs edib. Bildirilib ki, bir sıra idman növləri üzrə yarışların paytaxtımızdan kənarda keçirilməsi xarici qonaqların regionlarımız ilə tanışlığına da yol açacaq. E.Məmmədov sosial şəbəkələrdə Avropa Oyunlarının və ölkəmizdə yaradılan infrastrukturun təbliği ilə bağlı mobil qrupların yaradıldığını önə çəkib. Bu mobil qrupların apardıqları fəaliyyət ölkəmizə qarşı antimilli siyasət yürüdən və Avropa oyunlarını hədəfə alan bir sıra ermənipərəst mərkəzlərin virtual aləmdəki yalanlarının da ifşasında əhəmiyyətli rol oynayacaq.
YAP Gənclər Birliyinin fəalı Mehin Sarıyeva da gənclərimizi qarşıdan gələn Avropa Oyunları zamanı aktiv olmağa çağırıb. O bildirib ki, hər bir gəncimiz ölkəmizin inkişafı ilə bağlı həqiqətləri xarici qonaqlarla, o cümlədən, sosial şəbəkələrdə bölüşməlidir.
Çıxış edən YAP Gənclər Birliyinin fəalı Elman Aslanov da qeyd edib ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti böyükdür. Ölkəmizdə bu Oyunlarla bağlı standartların təyin ediləcəyini deyən E.Aslanov gənclərimizi, könüllülərimizi əl-ələ verərək birliyə və aktivliyə dəvət edib.
YAP Gənclər Birliyinin fəalı Fatimə Hüseynzadə isə deyib ki, bu cür layihələr həm gənclər arasında Avropa Oyunları ilə bağlı maarifləndirmə, həm də könüllülərin işinin daha səmərəli təşkili üçün əhəmiyyət daşıyır. Qeyd edilib ki, bu gün Azərbaycan mətbuatı birinci Avropa Oyunlarının dünya miqyasında tanıdılmasında mühüm vasitələrdən birinə çevrilib.
Daha sonra çıxış edən digər gənclər də ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən, gənclərin bu prosesdə fəal iştirakından danışıblar.
Tədbir gənclərin mövzu ətrafında diskussiyaları ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

