Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Pirallahı rayon təşkilatı 28 May - Respublika Günü münasibətilə tədbir keçirib

YAP Pirallahı rayon təşkilatı 28 May - Respublika Günü münasibətilə tədbir keçirib

30.05.2015 [11:20]

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı 28 May - Respublika Günü ilə əlaqədar tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söyləyib. O bildirib ki, müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan parlamenti isə 1918-ci il dekabrın 7-də yaradılıb.
Təşkilat sədri deyib ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul edib. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 May günü hazırda Respublika günü kimi qeyd olunur. “Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycan dövləti hazırda beynəlxalq arenada nəinki öz maraqlarını, eləcə də, strateji müttəfiqlərinin də maraqlarını müdafiə etmək gücündə və iqtidarındadır”.
Tədbirdə YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Babayev çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımız tərəfindən çox böyük hörmətlə yad olunur. Onun sözlərinə görə, Prezident İlham Əliyev Cümhuriyyətin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, məhz Xalq Cümhuriyyətinin yaradılması sonrakı mərhələlərdə Azərbaycan xalqının milli istiqlal hərəkatına həlledici təsir göstərib.
Tədbirdə digər çıxış edənlər də Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan bəhs ediblər.

Paylaş:
Baxılıb: 772 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30