YAP Ağstafa rayon təşkilatının Seçki Qərargahı seçkilərə yüksək səviyyədə hazırlaşır
20.08.2015 [09:47]
Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində də inamlı qələbə qazanmaq əzmindədir. Artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər. YAP-ın Ağstafa rayon təşkilatının Seçki Qərargahı da parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır. Bu barədə məlumat verən Seçki Qərargahının rəhbəri, YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, təşkilatın böyük seçki təcrübəsi var.
Hazırda YAP Ağstafa rayon təşkilatının 5496 nəfər üzvü olduğunu deyən R.Tatarovun sözlərinə görə, onların 52 faizi qadın, 40 faizi isə gənclərdir. Seçki Qərargahının 19 nəfərdən ibarət olduğunu deyən sədr bildirib ki, onlar mütəmadi olaraq iclas keçirirlər. Bu toplantılarda hər bir qərargah üzvü gördüyü işlərlə bağlı məlumatlar verir.
“Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatı partiyanın Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, tərtib olunmuş plan üzrə işlərini davam etdirir. Seçki kampaniyasına rəsmi start verildikdən və partiyamızın namizədləri elan olunduqdan sonra Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun işlərimizi davam etdirəcək, imzatoplama prosesinə başlayacayıq. Artıq 10 nəfərdən ibarət imza toplayacaq şəxslər müəyyən edilib. Bundan başqa, seçki məntəqələrində müşahidə aparacaq şəxslər və məşvərətçi səs hüquqlu üzvlər müəyyənləşdirilib. Bir sözlə, bütün məsələlər seçki qanunvericiliyinə uyğun olaraq həll edilir”, - deyən R.Tatarov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının yüzlərlə üzvü seçkilərə hazırlıq prosesində böyük fəallıq göstərir.
Qeyd edək ki, Ağstafa seçiciləri seçkilərdə 108 saylı Ağstafa və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrində səs verəcəklər. 108 saylı DSK üzrə 38 məntəqə, 106 saylı DSK-nın Ağstafa rayonu üzrə isə 5 məntəqə mövcuddur. Bütövlükdə, hər iki Seçki Dairəsi üzrə rayonda 43 min 540 seçici qeydiyyatdadır.
Seçki Qərargahının üzvlərindən Laiq Qələndərli bildirib ki, YAP təşkil etdiyi uğurlu seçki kampaniyası nəticəsində bütün seçkilərdə qələbə qazanıb: “Biz də qərargah üzvləri olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq”.
Seçki Qərargahının digər gənc üzvü Feruz Həsənov isə bildirib ki, YAP hər zaman bütün seçkilərdə uğurlu seçki kampaniyası həyata keçirir: “Seçki kampaniyasının səmərəli təşkil olunması uğur qazanılmasında mühüm rol oynayır. Ona görə də biz seçki prosesinə ciddi şəkildə hazırlaşırıq. İndiki mərhələdə işlər plana uyğun davam edir. İnanıram ki, partiyamız növbəti seçkilərdə də parlaq qələbə qazanacaq”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

