Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tərtər rayon təşkilatının Seçki Qərargahında növbəti müşavirə keçirilib

YAP Tərtər rayon təşkilatının Seçki Qərargahında növbəti müşavirə keçirilib

09.10.2015 [10:05]

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Seçki Qərargahında qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar növbəti müşavirə keçirilib. Ərazi ilk partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə keçirilən müşavirəni giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının və rayon təşkilatının Seçki Qərargahının sədri Ramiz Şabanov deyib ki, noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqadar YAP Tərtər rayon təşkilatında 11 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Bunun ardınca hər bir məntəqədə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər təyin edilib, eləcə də təbliğat kampaniyasında iştirak edəcək fəalların tərkibi müəyyənləşdirilərək rayon təşkilatının müvafiq tarixli heyət iclaslarında təsdiq olunub. Eyni zamanda, partiya fəalları noyabrın 1-də keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 95 saylı Tərtər Seçki Dairəsi üzrə Milli Məclis üzvlüyünə namizədliyi irəli sürülmüş Mirzəyev Surxay Xasay oğlunun namizədliyinin müdafiəsi üçün tələb olunan sayda imza toplayıblar.
Daha sonra ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq siyasəti nəticəsində əldə edilən uğurlardan da danışan natiq “bu uğurlardan Azərbaycanın hər bir bölgəsinə, o cümlədən Tərtər rayonuna da pay düşüb”, - deyib.
Ramiz Şabanov onu da əlavə edib ki, oktyabrın 9-da start götürəcək təbliğat-təşviqat kampaniyası həmişə olduğu kimi, builki parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının ümumi qələbəsinin əldə olunmasını təmin edəcək.
Müşavirənin sonunda YAP rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinə partiyanın namizədinin təbliğat-təşviqat kampaniyasının aparılması istiqamətində müvafiq tapşırıqlar verilib.
NADİR

Paylaş:
Baxılıb: 735 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30